Bakı Avrasiya Universiteti, yoxsa “ailə kantoru” ?- Rektorun 25 yaşlı prorektor oğlu...

Bakı Avrasiya Universiteti, yoxsa “ailə kantoru” ?-

Universitetdə 1 semestrin qiyməti 300 manatdır...

Belə universitetlər niyə bağlanmır ?

Çox yox, cəmi 30 il əvvəl Azərbaycanda cəmi 1 universitet var idi - Sergey Mironoviç Kirov adına Azərbaycan Dövlət Univeristeti (indiki BDU).
Sonraki illərdə universitetlərimizin sayı yağışdan sonra göbələk kimi artmağa başaldı. Və bu gün ölkədə neçə universitet fəaliyyət göstərdiyini soruşan olsa, inanmıram ki, dəqiq rəqəm deyən olsun.
Əslində bu universitetlərin çoxu kimlər üçünsə qazanc mənbəyi, gəlir yeri idi. Yəni təəssüf ki, təhsilimizi də biznesə çevirdik.
Belə univüersitetlərdən biri də Bakı Avrasiya Universitetidir.
Qısa məlumat üçün qeyd edək ki, Bakı Avrasiya Akademik Universiteti 1992-ci il, aprelin 30-da Ali Diplomatiya Kolleci adı ilə fəlsəfə elmləri doktoru, professor Nazim Ziyad oğlu Hüseynli tərəfindən təsis edilmişdir.
Təhsil müəssisəsi Dövlət Ali Ekspert Komissiyasının 1993-cü il 13 mart tarixli 7/1 saylı qərarı ilə dövlət qeydiyyatından keçmişdir.
2005-ci il 30 iyun tarixindən etibarən Bakı Diplomatiya Universiteti, 2006-cı il 26 may tarixindən etibarən isə Bakı Avrasiya Universiteti adı altında dövlət qeydiyyatından keçmişdir.
Hal-hazırda ali təhsil ocağı - Bakı Avrasiya Akademik Universiteti kimi fəaliyyət göstərir...
Özünüz də gördünüz ki, bu universitet qısa vaxtda bir neçə dəfə adını dəyişib.
Hətta ən gülməlisi odur ki, Universitet sözünün qabağına bir AKADEMİK sözü də əlavə olunub.
Adamdan soruşarlar ki, AKADEMİK UNİVERSİTET nə deməkdir ?
Yəni bu ali təhsil ocaqlarını açanların məqsədi heç də gənc nəsilə yüksək təhsil vermək olmayıb. Məqsəd ancaq və ancaq pul qazanmaq olub. Hətta neçə illər belə universitetlər gəncləri hərbi xidmətdən yayındırırdı...
Nə isə BAU-i yarandığı gündən adı ancaq rüşvət və qalmaqallarda hallanıb.
BAU ilə bağlı xəbər başlıqlarına fikir verin:
BAU-da bir semestrin qiyməti 300 manatdır.
Deyirlər ki, bura təhsil ocağı deyil, sanki bazardır.
Rektor 25 yaşlı oğlunu universitetə PROREKTOR təyin etdi.
Axı, dünən “Narxoz”u bitirən gənc necə prorektor ola bilər ?
Bu adamın heç 1-2 illik əmək stajı yoxdur.
Deməli, bura əslində Universitet olmaqdan daha çox “ailə kantor”udur.
Bəli, qardaş prorektor, bacı dekan, xalaqızı şöbə müdiri və s.
Onu da qeyd edək ki, BAU Azərbaycanda ən zəif göstəricisi olan universitetdir. Amma…
Əmması odur ki, universitetdə imtahan sessiyalarında rüşvət az qala ayaq açıb yeriyir, tələbələrin biliyinə deyil, ciblərinə baxıb qiymət yazırlar.
Baş verən neqativ hallara görə, az-çox təcrübəsi olan müəllimlər də universiteti tərk edir.
Bu universitetin uzun illər “krışası”nın kim olduğu da hamıya bəllidir.
Deyirlər ki, BAU-da təlim-tərbiyə-təhsil deyil, sanki GESTAPO qaydaları işləyir.
Hansı müəllim azca tənqidi fikir deyirsə, sabah işdən azad edilir.
Hər il ölkə mediasında oxuyuruq ki, Avrasiya Universiteti bağlanır…
Avrasiya Universitetinin lisenziyası əlindən alınır…
Amma…




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
2087 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...