“İrşad Electronics”in kredit oyunu - Müştərini belə tələyə saldılar

“İrşad Electronics”in kredit oyunu -

Son zamanlar satdığı keyfiyyətsiz məhsullarla gündəmdən düşməyən “İrşad Electronics” bu dəfə "bacarığı"nın üstünə daha bir yenisini əlavə edib.

Teleqraf.com-a müraciət edən şikayətçi Rövşən Əliyev valideyninin mağazanın kredit fırıldağı ilə üzləşdiyini deyib.

O bildirib ki, anası təxminən 1 həftə əvvəl kredit borcunu ödəmək üçün “İrşad Electronics”in Masazır filialına yaxınlaşıb: “Anam kreditin plastik kart hesabından çıxılmasını istəyib. İşçi xanımın məsuliyyətsizliyinə görə kartdan pul iki dəfə çıxılıb. Təbii olaraq anam iradını bildirir və xanıma "niyə 2 dəfə ödəniş çıxmısız?" deyə soruşur.

Səhvə yol verdiyi azmış kimi, “İrşad”ın əməkdaşı anama kobud cavab verib, üstəlik pulun qaytarılması üçün Kapital Banka yaxınlaşmalı olduğunu deyib. İşə çox məsuliyyətsizcə yanaşırlar. İndi məsələni həll etmək üçün bankla “İrşad” arasında ötür-ötür oyunu gedir. Kapital Bank pulun qaytarılmasını “İrşad”ın üstünə atır, “İrşad” da bankın”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1275 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...