İranın Azərbaycan sərhəddində keçirdiyi təlim... - İnqilab Keçikşilərinin hərbi gücü hansı səviyyədədir?
Təlimlərdə İran ötən əsrin 60-70-ci illərində istehsal olunan silah və texnikalardan istifadə edir. Bunu nəylə əlaqələndirmək olar?..
Hərbi ekspert: “İran ordusunun Azərbaycanın sərhədlərində keçirdiyi təlimlər hərbi peşəkarlıq cəhətdən kifayət qədər zəif təşkil olunub”.
“İran ordusunun silahlanmasında mövcud olan yerli müdafiə sənayə məhsulları Rusiya və Şimali Koreyada istehsal olunan silahların zəif plagiat variantıdır”.
Bu sözləri hərbi ekspert Ədalət Verdiyev İranın son iki gündə Azərbaycanın sərhədində keçirdiyi təlimi PİA.az-a şərh edərkən qeyd edib.
Tehran Bakı ilə gərginliyin artması fonunda Azərbaycanla sərhədi yaxınlığında genişmiqyaslı hərbi təlimlər keçirir. İran mediasında şimala doğru irəliləyən hərbi texnika karvanlarını əks etdirən videolar yayılıb. Manevrlərin başlaması xəbəri siyasi bəyanatlar və xəbərdarlıqlarla müşayiət olunur.
Bəs İranın son iki gündə Azərbaycan sərhədində keçirdiyi təlimi sırf hərbi peşəkarlıq cəhətdən necə dəyərləndirmək olar? Bu təlimlər İran ordusunun gücünü hansı səviyyədə ortaya qoyur və İran ordusu deyildiyi qədər güclü görünürmü? Həmçinin Təlimlərdə İran ötən əsrin 60-70-ci illərində istehsal olunan silah və texnikalardan istifadə edir. Bunu nəylə əlaqələndirmək olar? İran ordusunun müasir silahlarla təchizatı hansı səviyyədədir?
İran ordusunun keçirdiyi təlimləri PİA.az-ın əməkdaşı hərbi ekspert Ədalət Verdiyev ilə müzakirə edib.
Ədalət Verdiyev: “İran ordusunda şəxsi heyətin sayı kifayət qədər artıq olsa da, müasir silah və texnikalarla təhciz qənaətbəxş deyil”.
Hazırda İranın sanksiyalar altında inildəyən bir dövlət olaraq Qərb texnologiyalarını əldə etməkdə çətinliklərlə qarşılaşdığını xatırladan ekspert PİA.az-a açıqlamasında qeyd edib ki, İran üçün qismən əl çatan Çin texnologiyasıdır:
“İran ordusunun Azərbaycanın sərhədlərində keçirdiyi təlimlər hərbi peşəkarlıq cəhətdən kifayət qədər zəif təşkil olunub. Diqqət etsək görəririk ki, təlimə cəlb olunan texnikaların vəziyyəti müasir standartlara cavab vermir. Həmçinin də təlimdə 1980-ci ilə qədər müharibələrdə istifadə olunan döyüş maşınlarının tətbiqi İran ordusunun real vəziyyətinin göstərici kimi qəbul edilə bilər.
İran ordusunun silahlanmasında mövcud olan yerli müdafiə sənayə məhsulları isə Rusiya və Şimali Koreyada istehsal olunan silahların zəif plagiat variantıdır. Hazırda İran sanksiyalar altında inildəyən bir dövlət olaraq Qərb texnologiyalarını əldə etməkdə çətinliklərlə qarşılaşır. İran üçün qismən əl çatan Çin texnologiyasıdır. Çünki Şimali Koreya və Rusiyanın özü də sanksiyalar altındadır. Buna görə onlar da müasir texnologiyalar əldə edə bilmir. Yerli texnologiya istehsal isə məhdud səviyyədədir.
İranda da vəziyyət oxşardır. Amma İran Çin tərəfindən qanuni və ya qeyri-qanuni yollarla hansısa texnologiyalar əldə edə bilir. Ancaq həmin texnologiyaları İran istehsalı silahlara tətbiq eləmək elə də asan deyil. Ona görə də İran ordusunun təchizatı kifayət qədər zəifdir. Hətta İran ordusunda şəxsi heyətin sayı kifayət qədər artıq olsa da, müasir silah və texnikalarla təhciz qənaətbəxş deyil. Bu üzdən də hər nə qədər şişirdilmiş olsa da, İran ordusunun qüdrəti heç də deyildiyi kimi deyil”.
985 dəfə oxundu