Qəza gənc qızın həyatını məhv etdi: Şikayət + Fotolar
“Quba rayonunda baş verən yol-nəqliyyat hadisəsi araşdırlımır”.
Bu barədə Yenisabah.az-a hadisədə xəsarət alan Lalə Cavadova bildirib. Onun sözlərinə görə, hadisə avqustun 23-də Qubanın Dağlı kəndində baş verib. Qəza zamanı Lalə Cavadova xəsarət alıb.
“Avqust ayının 23-ü gecə saatlarında Qubanın Dağlı kəndinin ərazisində maşınımla hərəkət edərkən qarşı yoldan gələn “Toyota” markalı, 90 VX 908 dövlət nömrə nişanlı avtomobil idarəetməni ititrərək mənim maşınımı vurub. Mən sürətlə idarə etmirdim, lakin o həmin şəxs həm içkili idi, həm də yüksək sürətlə hərəkət edirdi, şahidlərim də var. Maşınım yanıb külə döndü, özüm də gözümdən xəsarət aldım. Qəzanı törədən şəxsin adı Famildir, Qubanın Dəlləkli kənd sakinidir. Bir dəfə də olsun gəlib məndən xəbər tutmayıblar. Ötən ayın 23-dən bəri şöbədən tutmuş, Baş Prokurorluğa kimi hər yerə müraciət etmişəm. Nəticə yoxdur”, - deyə şikayətçi bildirib.
Lalə Cavadovanın sözlərinə görə, hadisəni törədən şəxs “Sevimli Dad” şirkətində işləyir. Məsələnin araşdırılmamasının kökündə də bu amil dayanır: “Deyirlər ki, bu şirkət Kəmaləddin Heydərova məxsusdur. Ona görə də onlara heç nə deyə bilmirik, qorxuruq.
Bir qızım var onunla birgə kirayədə yaşayıram. Qəzadan bəri nə işləyə, nə də kirayə pulunu ödəyə bilirəm.
Qəzadan sonra təcili yardım məni yox, Famil adlı şəxsi götürüb Qusar xəstəxanasına aparıb. Xəstəxanadan Quba rayonu polis şöbəsinə zəng ediblər ki, bu şəxsin içkili olub-olmamasının yoxlanılması üçün adam göndərilsin, çünki aparat olmayıb. Quba Polis Şöbəsindən isə avtomobilin “Sevimli Dad” şirkətinə məxsus olduğunu bilib, səhlənkarlıq edərək gəlməyiblər. İndi də deyirlər ki, içkili olduğunu sübut edin. Qusar xəstəxanası bir saat həmin şəxsi saxlayıb, sonra evə buraxıb. Hətta məni təhqir edirlər, deyirlər ki, Famil müəllim sizi vurubsa, yaxşı edib”, üstəlik, Kəmaləddin Heydərovun adından istifadə edərək hamını qorxudurlar. Bundan əvvəl 5000 manat borc aldım, gözümü əməliyyat etdirdim. İndi ikinci əməliyyata ehtiyac var, bunun üçün 7000 manat pul istəyirlər, yoxsa kor olacam”.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional idarəsindən “Yeni Sabah”a bildirilib ki, baş vermiş hadisə ilə bağlı araşdırılma aparlılr.
854 dəfə oxundu