Qərib Məmmədovun adamlarına vəzifə veriləcək

Qərib Məmmədovun adamlarına vəzifə veriləcək

Xəbər verildiyi kimi, ləğv edilən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin məsul vəzifəli şəxsləri ilə bağlı may ayının 15-dək rəsmi qərar veriləcək.

Mia.az-ın xəbərinə görə, bu ilin fevral ayında Prezident İlham Əliyevin fərmanı ilə ləğv edilən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin səlahiyyətlərinin 3 dövlət qurumu arasında bölünməsi işləri artıq yekunlaşıb: "10 gün ərzində isə ləğv edilən komitənin səlahiyyələri üzrə məsul olan qurum və şəxslərlə bağlı qərar verəcəklər. Yəni, yeni səlahiyyətlər üzrə məsul şöbələr və vəzifələi şəxslər müəyyənləşdiriləcək”.

Məlumata görə, ləğv edilən komitənin səlahiyyətinin önəmli hissəsinə sahiblənən Əmlak Məsələləri Dövlət Komitəsinin tərkibində yeni departament yaradılacaq və həmin departamentə keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinin rəisi Natiq Məlikov təyin ediləcək:

"Yeni departament dövlət torpaq kadastrı, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəni, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışların hazırlanmasına məsul olacaq”.

Mia.az xəbər verir ki, istər Əmlak Məsələləri Dövlət Komitəsinin daxilindən, istərsə də kənar sahələrdən bu departamentə rəhbərlik etmək istəyən ciddi füqurlar var:

«Hətta ləğv olunan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin bəzi rəhbər şəxslərindən də bu istəkdə olanlar var. Ancaq Kərəm Həsənov Natiq Məlikov istisna olmaqla, Qərib Məmmədovun digər yüksək vəzifə sahibi olmuş kadrları ilə işləmək niyyətində deyil. O, bunu ilk gündən bəyan edib. Elə bunun nəticəsidir ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin keçmiş sədri Qərib Məmmədov daxil olmaqla, ləğv olunan komitənin 13 kollegiya üzvlərinin böyük əksriyyəti də yeni sistemdə vəzifə tutmaq istiqamətində fəaliyyət göstərmir. Kollegiya üzvlərindən yalnız iki nəfər - Dövlət Yerquruluşu Layihə İnstitutunun direktoru Füzuli Cəfərovla Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinin rəisi Natiq Məlikovun çabaları hələki öz effektini verməkdədir. Ancaq ləğv edilən komitənin Dövlət torpaq kadastrı, monitorinqi və informasiya mərkəzinin direktoru, Torpaq ehtiyatlarından istifadəyə, geodeziya və xəritəçəkmə işlərinə dövlət nəzarəti baş idarəsinin rəisi, Topoqrafiya, geodeziya və xəritəçəkmə baş idarəsinin rəisi, Torpaq kadastrı və monitorinqi baş idarəsinin rəisi, Yerquruluşu və torpaq islahatı baş idarəsinin rəisi, İqtisadiyyat, maliyyə və mühasibat uçotu baş idarəsinin rəisi və digərlərinin isə yenidən vəzifə tutmaq şansları sıfıra bərabərdir».

Məlumatlı şəxs deyir ki, ləğv edilmiş komitənin bir çox funksiyalarına sahiblənən Ekologiya və Təbii Sərvətlər Nazirliyində də artıq yeni sistemlə bağlı plan hazırlanıb:

«Dövlət Yerquruluşu Layihə İnstitutunun direktoru Füzuli Cəfərov nazir Hüsyenqulu Bağırovla «dil» taparaq, vəzifəsini qorumaqla bağlı təminat alıb. Doğrudur, Ekologiya və Təbii Sərvətlər Nazirliiyinin əsasnaməsinin yenidən təsdiqlənməsi və bu zaman bu səlahiyyətlərlə məsul olacaq yeni qurumların yaranması ehimalına qarşılıq olaraq, Hüseynqulu Bağırovun fikirini dəyişməsi də istisna deyil. Ancaq Qərib Məmmədovun aspirantı olmuş Füzuli Cəfərov belə bir probemin olmayacağından əmin danışır...».



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
2461 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...