SAHİBKAR DÖVLƏT BAŞÇISINDAN KÖMƏK İSTƏDİ

SAHİBKAR DÖVLƏT BAŞÇISINDAN KÖMƏK İSTƏDİ

Redaksiyamıza Mingəçevir şəhərindən bir sahibkar tərəfindən şikayət məktubu daxil olub. Şikayətçi Mingəçevir şəhəri İ.Qa yıbov küçəsi ev-4 mənzil 26-da yaşayan «Vətən-a» MMC-nin sahibi Azər Qasımovdur. A.Qasımovun Mincəçevirin icra başçısı ilə bağlı şikayətlərini daha öncə də yayımlamışdıq. Lakin GUNDEMİNFO.AZ-a daxil olan bu şikayətlərlə bağlı olaraq hələlik icra hakimiyyətinin mövqeyini öyrənmək mümkün olmayıb. Əməkdaşlarımızın dəfələrlə icra hakimiyyətinin rəsmi saytındakı qəbul otağı üzrə telefonlara müraciət etməsinə baxmayaraq həmin telefona cavab verən olmayıb.
Qeyd edək ki,hüquqlarının müdafiəsi üçün mətbuat vasitəsilə dövlət başçısına müraciət edən sahibkar Azər Qasımov həm də hakim Yeni Azərbaycan Partiyasının üzvüdür. Şikayətçinin bu gün təkrar olaraq müraciət halında bizə göndərdiyi mətni olduğu kimi təqdim edirik:


SAHİBKAR DÖVLƏT BAŞÇISINDAN KÖMƏK İSTƏDİ

Əvvəlki yazı - 1

Əvvəıki yazı - 2

- “Pozulmuş hüquqların bərpası,Prezident sərəncamından sui-istifadə edənlərin,vəzifəli şəxslərin qanunsuz əməllərinə və səhhətimə vurulmuş ziyana dair”
Sizə ünvanladığım bu etiraz ərizəmin əsas məzmununu qeyd etməmişdən əvvəl Umimilli Liderimiz Heydər Əliyevin dərin məzmunlu,geniş əhatəli yüksək fəlsəfi düşüncəyə malik olan müdrik kəlamını qeyd etməyi yerinə düşər.
Ümümimilli Liderimiz demişdir:
“Dövlət iki şeydən sarsıla bilər,günahkar cəzasız qalanda,günahsıza cəza veriləndə” ulu öndərin bu kəlamının mahiyyətini dərk edərək müstəqiliyi Heydər Əliyevin siması ilə bağlı olan müstəqil Azərbaycan Respublikasının təhlükəsizliyinin təminatçılarından biri kimi birbaşa Sizə müraciət etməyi seçim etdim.Göydə Allaha yerdə isə sizlərə böyük ümüd bəsləyirəm.Kimlərsə puluna,var-dövlətinə arxayındırsa mən isə Azərbaycan Dövlətinin qanunlarının aliliyinə və sizin kimi Dövlət Başçısına arxalanıram.Dünyada tarixən varlılar güclü,güclülər isə qalib olur.Kasıblar gücsüz,gücsüzlər isə məqlub olurlar.Ancaq müqayisə nisbətində Ümümimilli Liderimiz H.Əliyevin siyasi kursunun davamçısı əbədi və əvəzedilməz Prezidentimiz İlham Əliyev cənablarının və Sizin rəhbərliyiniz altında Azərbaycanda haqq-ədalət prinsipləri hər şeydən uca tutulur.
Məlum edirəm ki,Mingəçevir şəhər İcra Başçısı Niyazi Bayramov tərəfindən mənə edilən haqsızlığa dair ən agır hüquqi,psixoloji,mənəvi,maddi,səhiyyə və küllü borca düşmüşəm.Bu işdə xəstəlik nəticəsində artıq demək olar ki,fərmanınızın icrası demək olar ki,kobudcasına pozularaq süründürməçiliyə məruz qalmışam.Məcburam KİV-lərlə konfransı keçirim və nəticəsi mənfi təsir göstərərsə səbəbkar haqqında notariusda etdiyi hərəkətlər haqqında sənəd imzalıyam.
Nəzərinizə çatdırıram ki, Mingəçevir şəhər XDS İcrayyə Komitəsinin 18 fevral 1991-ci il tarixli 52 saylı qərarı ilə ”VƏTƏN” kooperativinə su anbarı istismarı idarəsi nəzdindən çıxıb müstəqil fəaliyyət göstərməsinə icazə verilməsi, kooperativinin müstəqil fəaliyyət göstərməsi üçün Kür çayının sağ sahilində, Təcürbi–sınaq zavodunun yaxınlığındakı istifadəsiz yerdən 0,87 hektar torpaq sahəsi ayrılması qərara alınmışdır.
1995-cü ilə qədər həmin qərarla ayrılmış torpaq sahəsində ”VƏTƏN” kooperativi fəaliyyət göstərmişdir. 06 noyabr 2008-ci il tarixdə “Vətən” kooperativinin bazasında “VƏTƏN-A” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 30.04.2007-ci il tarixli Fərmanına əsasən “bir pəncərə” prinsipi ilə dövlət qeydiyyatına alınmışdır. 1993-cü ildə erməni qəsbkarlarının Qarabağı işğal etməsi nəticəsində Ağdam rayonundan məcburi köçkün düşmüş Quliyev Söhbət Daşdəmir oğlu və onun beş nəfər ailə üzvü “Vətən” kooperativinin ərazisində məskunlaşmışdır və hal-hazıradək həmin ərazidə yaşayırlar,hətta orada özləri üçün 2 mərtəbəli ev inşa etmişlər. Məcburi köçkünlərin həmin ərazidə məskunlaşması və qoyunçuluqla məşğul olmaları nəticəsində “Vətən” kooperativinin fəaliyyəti qeyri mümkün olmuşdur. Kooperativin sahəsində işə nəzarət edən şəxslə köçkünlər arasında yaranmış qısa müddətli narazılıq, mənim iştirakımla Şəhər İcra Hakimiyyəti Başçısının göstərişinə əsasən müsbət həll edilmiş, Başçının tapşırığına əsasən həmin sahədə qoyun və digər ev heyvanlarının örüşü məqsədi ilə istifadə edilməsinə maneçilik törədilməsi məqsədə uyğun hesab edilməmişdir. Belə ki,Ulu Öndərimizin dediyi sözlər mənim qulaqımda ömürlük səslənəcək.O,demişdir ki:”Mən özümü o qaçqınlarla bir çadırda hiss edirəm”. Mən, YAP-in üzvü kimi daim Qaçqınlar və məcburi köçkünlərin problemləri ilə qüvvəm daxilində maraqlanmış və kooperativin sahəsindən istifadə edən bacı və qardaşlarımız üçün əlimdən gələn köməkliyi əsirgəməmişəm. Qaçqınlar və məcburi köçkünlər statusu haqqında AR qanunun 3-cü maddəsinə əsasən Qaçqın və yaxud məcburi köçkün statusu almış şəxsə müəyyən edilmiş qaydada aşağıdakı təminat verilir: Üç aydan gec olmayaraq yaşayış yeri ilə təmin olunanadək xüsusi ayrılmılş yerlərdə haqqı ödənilmədən yaşamaq və müvafiq dövlət orqanları tərəfindən onlara təklif olunmuş daimi yaşayış yeri seçmək. 2013-cü ilin noyabr ayında növbəti nəzarət məqsədi ilə kooperativin sahəsində olduğum zaman gördüm ki, yük maşınları ilə sahəyə torpaq daşınır. İşçılərin dediklərlərindən müəyyən etdim ki, istifadəmizdə olan torpaq sahəsi təsisçiliyimi və rəhbərliyimi nəzərə alınmayan ŞİH N.Bayramov qanunsuz olaraq digər şəxlərə verilmişdir. Sonradan ŞİH-də mənə məlumat verildi ki, Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının 01 noyabr 2013-çü il tarixli 143 saylı sərəncamı ilə Mingəçevir şəhər XDS İK-nin 18.02.1991-ci il tarixli, 52 saylı qərarı ilə Kür çayının sağ sahilində Təcürbi–sınaq zavodunun yaxınlığındakı ərazidən ayrılmış 0,87 ha torpaq sahəsinə “VƏTƏN” kooperativinin istifadə hüququna xitam verilmişdir. Sərəncamda qeyd edilmişdir ki, “Ötən vaxt kəsiyində “VƏTƏN” kooperativi ayrılmış torpaq sahəsindən istifadə etməmiş, həmin torpaq sahəsində heç-bir fəaliyyətlə məşğul olmamışdır. Güya bu barədə Torpaq və Xəritəçəkmə Komitəsinin şəhər şöbəsi tərəfindən müvafiq akt tərtib edilmiş, qanunvericiliyə uyğun tədbir görülməsi üçün şəhər İcra Hakimiyyətinə məlumat ünvanlanmışdır.Nəzərinizə çatdırıram ki akt mənim iştirakım olmadan və mənə xəbərdarlıq olmadan tərtib olunmuşdur. İstifadə hüququna xitam verilməsi üçün əsas kimi Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsinin 2 bəndinin birinci abzası ğötürülmüşdür. Nəticədə Torpaq və Xəritəçəkmə Komitəsinin Mingəçevir şəhər şöbəsi tərəfindən tərtib edilmiş müvafiq aktın və qanunvericiliyə uyğun tədbir görülməsi üçün şəhər İcra Hakimiyyətinə göndərilmiş məktubun sürətlərini almaq üçün yazılı müracət etsəm də mənim sorğuma cavab verilməmiş, heç olmazsa aktı və məktubu belə mənə göstərməmişlər. Bu aktın məhkəmə baxışı ərəfəsində tez-tələsik saxtakarlığla tərtib olunduğunu sübut edir. Yazılı və şifahi soğularıma cavab ala bilmədiyim üçün Şəki İnzibati-İqtisad məhkəməsinə müraciət etməyə məcbur oldum və mənim iddiam tam təmin edildi.Məsələ burasındadır ki, adı gedən torpaq sahəsinə dair iddia ərizəm Şəki İnzibati-İqtisad məhkəməsinin icraatında olan vaxtdan hal-hazıradək orada tikinti işləri aparılır. Mən, Şəki İnzibati-İqtisad məhkəməsinə tikintinin dayandırılmasına dair ərizə ilə müraciət etdim və məhkəmə işin dayandırılmasına dair qərardad verdi.Lakin həmin sahədə iş bu gündə davam etməkdədir.Hər hansı bir iş məhkəmə icraatında olan dövrdə məhkəmə qərardadı ilə həbs qoyularsa həmin sahədə aparılan əməliyyatlar qanunla qadağndır.Mingəçevir şəhər İcra Hakimiyyəti Şəki İnzibati-İqtisadi məhkəməsinin qərarından narazı qalaraq Şəki Apellyasiya Məhkəməsinə şikayət vermişdir.Öz apellyasiya şikayəti ilə əlaqədar Mingəçevir şəhər İcra Hakimiyyəti bildirmişdir ki, sərəncamla “Vətən A” MMC-nin istifadəsində olan torpaq sahəsinin alınması onun səlahiyyətinə aiddir, lakin bununla bağlı heç bir hüquqi əsas gətirməmişdir.Mingəçevir şəhər İcra Hakimiyyəti Şəki Apellyasiya Məhkəməsinə açıq-aşkar müxtəlif vasitələrlə təsir etmək üçün yollar axtarmışdır və şikayətin təmin edilməsinə çalışaraq nəticədə olaraq AR Şəki Apellyasiya məhkəıməsinin hakimi Vidadi Qasımov 12.11.2014-cü il tarixli qərarı ilə AR Şəki İnzibati-İqtisadi məhkəməsinin 12.05.2014-cü il tarixli qərarını ləğv etmişdi. Hakim V.Qasımov məhkəmə iclasının əvvəlindən axırına qədər apellyasiya şikayətinin dəlilərini araşdırmaq əvəzinə mənə Mingəçevir şəhər İH-lə sövdalaşmağa təklif edirdi, bəzən bu az qala məcburetməyə bənzəyirdiir.
Belə olan halda AR Konstitusiyasının 71-ci maddəsind “Hər bir Azərbaycan vətəndaşının hüququ var ki Azərbaycan Vətəndaşı kimi öz hüquqlarını müdafiə etmək üçün aidiyyatı üzrə müraciət etmək” və Konstitusiyanın 37-ci maddəsində olan “Hər bir Azərbaycan Vətəndaşı öz hüquqlarını müdafiə etmək üçün ölkənin yüksək səviyyəli məmurlarına,Prezidentinə yazılı müraciət etmək,piket keçirmək,yürüş etmək,ölkə Prezidenti qarşısında öz hüquqlarını ölkənin Prezidenti və hər bir Azərbaycan Vətəndaşının qarantı kimi hüquqlarının bərpasına nail olmaq üçün bütün hərəkətləri etmək hüququna malikdir” hüquqularımız pozulub.
Belə hesab edirəm ki, aşağıda qeyd olunan səbəblərə görə məhkəmənin qərarları qanunsuz və əsassızdır :
1.Torpağın kimin mülkiyyətində olub-olmamasını ( hətta Torpaq və Hüquq şöbəsinin səlahiyyətli nümayəndələri bu məsələyə aydınlıq gətirə bilmədilər) hakimin tələbi üzrə təqdim edilən mübahisəli torpağın xəritəsi işə aydınlığ gətirmək əvəzinə inzibati işdə anlaşılmazlıq yaratdı və hakim tərəfindən bu fakta hüquqi qiymət verilmədi;

2.Sərəncamda mövcud olmayan hüquqi şəxs haqda verilən qərar hansısa səbəbdən hakim tərəfindən birmənalı şəkildə qəbul edildi (“Vətən-A “MMC Vətən kooperativinin hüquqi varisi olduğu nəzərə alınmadı );

3.Vətən kooperativinin fəaliyyət göstərmədiyi qərarın əsaslandırıcı hissəsinin biridir (halbuki inzibati işdə kooperativin 1995-ci ilin iyun ayına qədər fəaliyyəti ilə bağlı kifayət qədər rəsmi dövlət ortqanlarının təqdim etdiyi sübütlar vardır);

4.Mingəçevir şəhər İH “ Yerli İcra Hakimiyyətləri haqqında Əsasnaməyə” əsasən mülkiyyətçisi müəyyən olunmayan torpağla bağlı hansısa bir qərar vermək səlahiyyətinə malik olmaması, torpağı almağa səlahiyyəti olsa belə qanunvericiliyin tələblərinə uyğun olaraq bütün prosedur qaydalarına riayət edilməməsi hakim V.Qasımov tərəfindən nəzərə alınmamışdır;

5. Mingəçevir şəhər XDS İK-nin 18.02.1991-ci il tarixli, 52 saylı qərarında torpağın hansı qaydada icarəyə verilməsi qeyd edilməsədə, hakim öz subyektiv fikiri ilə elə nəticəyə gəlmişdir ki, torpağ kooperativə daimi istifadəyə verilib (bunun heç bir hüquqi əsası olmamışdır);

6. Mingəçevir ŞİH və hakim V.Qasımov belə hesab edir ki, kooperativ keçən müddət ərzində tam fəaliyyətsiz olmuşdur, MMC-nin illərlə dövlətə vergi ödədiyinə qiymət verilməmişdir;

7.Sərəncamın hüquqi əsasını təşkil edən Torpaq şöbəsi tərəfindən verilən aktın sonradan tərtib edildiyi hansısa səbəbdən heç araşdırlmadan saxlanılmışdır, halbuki Mingəçevir İH aktın qüvvədə olan qanunvericiliyin hallarına uyğun olaraq sərəncam verilənədək AKT-ın tərtib olunduğunu sübut edə bilməmişdir. Kooperativin, sonralar MMC-nin 22 il ərzində istifadəsində olan mübahisəli torpağın mənim tərəfimdən min bir əziyyətlə bataqlıqdan istifadəyə yararlı hala (bunun üçün nə qədər texnika, işçi qüvvəsindən və maliyyə vəsaitndən istifadə etmişəm) gətirilməsi nəzərə alınmamış, torpağın digər təsadüfi bir şəxsə hansı qaydada verilməsi faktı heç hakim V.Qasımovu maraqlandırmamışdır.

8. Hakim V.Qasımov bu qətnaməsi ilə “Vətən-A” MMC-nin hüquqi şəxs olduğunu nəzərə almamış və fəaliyyətini məhdudlaşdırmışdır.

9. Mingəçevir Şəhər İcra Hakimiyyətinə qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq torpaq sahəsinin geri alınmasına və istifadə hüququna xitam verilməsi səlahiyyəti verilməmişdir.

Belə ki. “Azərbaycan Respublikası Torpaq məcəlləsinin 103-cü maddəsi” haqqında AR Konstitutsiya Məhkəməsinin 27.07.2000-ci il tarixli qərarına əsasən torpqa sahələrinin verilməsi, geri alınması, onlara xitam verilməsi, habelə digər torpaqla bağlı yaranan mübahisələr həmin qərarın təsvir hissəsində AR Torpaq Məcəlləsinin 73 və 75–ci maddələrinin təhlili verilmişdir. Həmçinin AR Yerli İcra Hakimiyyəti haqqında əsasnamədədə Mingəçevir Şəhər İcra Hakimiyyətinədə torpq sahəsi üzərində xitam verilməsi nəzərdə tutulmamışdır. AR 25.06.1999-cu il tarixli qanunu ilə təsdiq edilmiş AR Torpaq Məcəlləsinin icrasının təmin edilməsi barədə AR 06.03.2000-ci il tarixli 291-saylı fərmanına əsasən AR Torpaq Məcəlləsinin 75-ci maddəsinin I hissənin səlahiyyətlərini yəni AR Torpaq Məcəlləsinin 73-cü maddəsinin I bəndinin 8-ci abzasının nəzərdə tutulmuş hallarda torpaq üzərində dövlət ehtiyatları üçün ayrılmış torpaq sahəsi üzərində səlahiyyətləri AR Nazirlər Kabineti tərəfindən həyata keçirilir. Beləliklə də I instansiya məhkəməsi tərəfindən qərar qəbul edilərkən Mingəçevir şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş sərəncama qarşı hüququ olmadığı düzgün qeyd olunmuşdur.

10. Belə səlahiyyət Mingəçevir şəhər İcra Hakimiyyətində olsa belə AR Torpaq məcəlləsinin 73-cü maddəsinin 3-cü bəndində qeyd olunmuşdur ki, həmin maddənin I bəndinin 8-ci abzasında nəzərdə tutulmuş müvəqqəti istifadəyə və icrayə verilmiş torpaqların geri alınmasına səbəb olan halların müəyyən edilməsi Məhkəmə tərəfindən həyata keçirilir. 3-cü bəndə qeyd olunub ki, bu qayda tərəflərin razılığı ilə geri alındıqda tətbiq olunmur. Göründüyü kimi Mingəçevir şəhər İcra Hakimiyyəti bu torpqğı geri alanda mənim razılığımı almalı idi.Lakin İcra Hakimiyyəti tərəfindən məndən belə razılıq alınmamışdır, halbu ki, Apellyasiya şikayətində cavadeh qeyd etmişdir ki, guya 2013-cü ildə mən dəfələrlə xəbərdar edilmişdir.Məhkəməyə isə bununla bağlı heç bir sübut təqdim etməmişdir.Mingəçevir şəhər İcra Hakimiyyəti nəzərə almamışdır ki, AR torpaq Məcəlləsinin 75-ci maddəsinin 3-cü bəndinə əsasən həmin məcəllənin 7-ci abzasında nəzərdə tutulan hallarda torpaq sahələri üzərində istifadə və icarə hüquqlarına xitam verilməsi haqqında qərar, buraxılmış nöqsanların müəyyən edilmiş vaxtda aradan qaldırılması barədə xəbardarlıqdan sonra tədbirlər görülmədikdə qəbul edilir.Belə xəbərdarlıqda 22 il ərzində kooperativə daxil olmamışdır.

11.AR Ali Məhkəmənin 14.02.2003-cü il tarixli Torpaq Qanunvericiliyinin Məhkəmələr tərəfindən tətbiqi təcürbəsini bəzi məsələləri haqqında 2 saylı qərarın 8-ci bəndinə əsasən mülkiyyətdə, istifadədə və icarədə olan torpaqların geri alınması müvafiq İcra Hakimiyyəti Orqanının və ya Bələdiyyənin vəsatəti əsasında yalnız məhkəmənin qətnaməsi ilə həyata keçirilir.Həmin qərarın 3-cü hissəsində qeyd olunur ki, torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməlidir.Mingəçevir şəhər İcra Hakimiyyəti hələdə müəyyənləşdirə bilməmişdir ki, bu torpağın məqsədli təyinatı nədir və torpaq üzərində mülkiyyətçi kimdir? Torpağın Bələdiyyə fonduna daxil olması və yaxud Dövlət fonduna daxil olması aydınlaşdırılmamışdır.
12. Apellyasiya şikayətində cavabdeh qeyd etmişdir ki, Mingəçevir şəhəri İcra Hakimiyyətinin sərəncamı ilə torpaq başqa şəxsə istifadəyə verilmişdir. Lakin I istansiya məhkəməsində Mingəçevir şəhər İcra Hakimiyyəti bilərəkdən
bu faktı gizlətmişdir.Məhkəmə prosesi xeyli müddət getdiyinə baxmayaraq, İcra Hakimiyyəti bu müddət ərzində yəni məhkəmənin sərəncam verdiyi tarixdə, hazırlıq iclasında və Mingəçevir şəhər Torpaq şöbəsini maraqlı şəxs
qismində cəlb etdiyi müddətdə yeni sərəncamı, Mingəçevir İH ünvanladığı 29.04.2013-cü il tarixli xidməti məktubu məhkəməyə təqdim etməmişdir. 13.Məhkəmənin qeyri-obyektiv, açıq-açığına inzibati işi Mingəçevir ş. İH
xeyrinə aparması mənim qərar elan edilməmişdən əvvəl 10.11.2014-cü il tarixdə “hipertoniz kriz” simptomu ilə Mingəçevir şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım stansiyası tərəfindən tibbi yardım göstərilməsinə gətirib çıxarmışdı. Odur ki, mən 11.11.2014-cü il tarixdə teleqramla üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiyimi bildirərək, işin təxirə salınmağını xahiş etdim və nəticədə məlum oldu ki, hakim V. Qasımov teleqrama məhəl qoymamışdır.
14.Hal-hazırda Mingəçevir ŞİH-nin bir-sıra məmurları tərəfindən Mingəçevir Başçısı ilə mübahisə etməməyimə, AR Ali məhkəməyə şikayətin heç bir müsbət nəticə verməyəcəyinə dair təzyiqlər göstərilsə də, mən ümüd edirəm ki,hüquqi bir dövlətdə yaşayıram, dövlətin tam hüquqlu vətəndaşı kimi qanun qarşısında hər bir kəsin bərabər hüquq və vəzifələrinin olmasına inanaraq AR Şəki Apellyasiya məhkəməsinin hakimi V. Qasımovun 12.11.2014-cü il tarixli qərarından AR Ali Məhkəməsinə kassasiya şikayətim üzrə AR Ali Məhkəməsinin 18.02.2015-ci il tarixli qərarı ilə Şəki Apellyasiya Məhkəıməsinin 12.11.2014-cü il tarixli qərarı qüvvədə qalmışdır. Qərarda mənim güya 1993-cü ilə qədər işlədiyimi sübut edən faktlar olmadıqı qeyd olunmuşdur,halbuki işdə DSMF və verginin bu haqda rəsmi sənədləri var.
Mən Niyazi Bayramovun qanunsuz hərəkətlərinin qarşısını ala bilmədiyim üçün Avropa Məhkəməsində öz pozulmuş hüquqların bərpasına, Prezident sərəncamından sui-istifadə edənlərin,vəzifəli şəxslərin qanunsuz əməllərinə və səhhətimə vurulmuş ziyana dair müraciət etmək məcburiyyətində qaldım.
Belə ki,Sahibkarlıq fəaliyyətini bərpa edənədək öz haqq səsimim bütün ölkələrdə,problemlemimə köməklik edənlər tapılana kimi,Prezidentin qəbuluna düşmək üçün bir qrup 4-cü hakimiyyət nümayəndələri ilə ölkə Prezidentinin apardığı siyasətə qarşı deyil,əksinə öz Prezidentimizi sevirək,qəbul etdiyi qərarları ürəkdən bəyənirik,xalqımızın rifahi naminə atdığı hər bir addımı dəstəkliyirik.Ancaq pozulmuş hüququmu bərpa etmək üçün bunu etməliyəm ki ölkə rəhbərinə qarşı lazımsız hərəkətləri yaradan şəxslər üzə çıxıb cəzalansınlar,yoxsa başqa vasitələrə də əl atarlar. Odur ki,yuxarıda qeyd olunanları istinad tutaraq,ğöstərdiyimiz halları nəzərə alaraq aidiyyatı üzrə pozulmuş hüquqlarımın bərpasına və qanundan sui-istifadə edənləri cəzalandırılmasını Sizdən xahiş edirəm.

Əlavə olaraq Sizdən bununla bağlı məni və KİV-nin nümayəndələrini qəbul etməyinizi xahiş edirəm.
Qoşma:
1.Mingəçevir ş.XDS İK 18.02.1991-ci il tarixli 52 saylı qərarı
2.YAP-ın üzvülük vəsiqəsinin sürəti
3.Şəxsiyyət vəsiqəsinin sürəti
4.AR Şəki Apellyasiya məhkəməsinin 12.11.2014-cü il tarixli qərarın sürəti
5.AR Ali Məhkəməsinin 18.02.2015-ci il tarixli qərarının sürəti



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
2047 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...