Sosial İqtisadi Kollecində nə baş verir? - Direktorun özbaşınalığı.... İDDİA

Sosial İqtisadi Kollecində nə baş verir? -
Bu gün Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində Sosial İqtisadi Kollecin direktoru Şəhriyar Laçınov döyülüb.

Yenisabah.az xəbər verir ki, bu iddia ilə kollecin tarix müəllimi Qələndər Muxtarlı çıxış edib.

Tarix müəllimi direktorla bağlı sensasion iddialar səsləndirib.

Q.Muxtarlı bildirib ki, direktor heç zaman heç bir dərsə girməyib. Tarix müəlliminin sözlərinə görə, Şəhriyar Laçınov kolleci "cərimə ilə özünü maliyyələşdirən nümunəvi tədris müəssisəsinə" çevirib.

Kollecin müəllimi direktorun sonuncu kurs tələbəsinə iki kəsirə görə 1 450 manat pul ödətdirdiyini də vurğulayıb.

Q. Muxtarlı bildirib ki, bir semestrdə minə yaxın kəsir əmələ gəlib. Nəhayət, bütün bu olanlardan bezən insanlar direktoru döyüblər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
41 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...