Xətainin icra başçısı şəhid ailəsinin obyektini sökür, parkı zəbt edənə göz yumur...

Xətainin icra başçısı şəhid ailəsinin obyektini sökür,
Bakının Xətai rayonu, Sarayevo 26 ünvanında yerləşən parkın ərazisində qanunsuz tikinti hələ də ləğv edilməyib.


Anaxeber.info-ya verilən məlumata görə, iş adamlarından birinin rayon rəhbərliyinin sərəncamı olmadan həyata keçirdiyi tikintinin qarşısı alınmır. Halbuki bir neçə gün əvvəl Xətai rayon rəhbərliyindən saytımıza bildirilmişdi ki, həmin tikintiyə icazə verilməyib və qanunsuzdur. O da deyilmişdi ki, sahibkar qarlı hava şəraitindən sui-istifadə edərək parkın ərazisini zəbt edib və icazəsiz tikinti aparır. Bununla əlaqədar tədbir görüləcəyi və qanunsuz tikintinin qarşısının alınacağı qeyd olunmuşdu. Lakin məsələnin üzərindən zaman keçir və hələ də sözügedən ünvanda ağaclara qənim kəsilənlər qanunsuz tikintini dayandırmayıb. Görünür ki, mətbuata verilən açıqlama da vaxt udmağa hesablanıb və işin ört-basdır ediləcəyi gözlənilib. Əslində, bu plan da təəccüb doğurmur.

Çünki Xətai rayonunda dəfələrlə belə hallar olub. Yəni qanunsuz tikintidən, yaşıllıqların məhvindən media yazanda iş dayandırılıb, gündəmdən çıxandan sonra davam etdirilib. Xətai rayon icra başçısı Rafiq Quliyevin isə sələfi Razim Məmmədovdan bu mənada fərqlənəcəyi gözlənilirdi, amma dəyişən vəziyyət olmadı. Hazırki icra başçısının dövründə də özbaşınalıqlar baş alıb gedir. Sarayevo 26 ünvanında yol verilən qanunsuzluğu görəndə təbii ki, şəhid, qazi ailəsinə məxsus obyektin bir saatın içində yerlə-yeksan edilməsi yada düşür. Xətai rayon icra başçısı Rafiq Quliyev həmin məmirdur ki, şəhid ailəsinə aid əmlakı sökdürmüşdü, zərrə qədər ona ürəyi yanmamışdı, amma indi parkı zəbt edənlərə göz yumur, tikintini ərazidən yığışdırmır. Verilən məlumatda deyilir ki, artıq məsələ ilə bağlı Prezident Administrasiyasına, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Baş Prokurorluğa məktub göndəriləcək. Çünki yerli icra orqanı artıq bu məsələni həll etmək həvəsində görünmür...





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
54 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...