Sumqayıtdakı 1 №-li poliklinika maşın bazarını xatırladır - FOTOLAR

Sumqayıtdakı 1 №-li poliklinika maşın bazarını xatırladır -
Sumqayıt ş., 40-cı məh., ərazisində yerləşən 1 №-li, şəhər xəstəxanasının poliklinika şöbəsinin qarşısı poliklinikadan çox maşın bazarını xatırladır

Bu iddia bir qrup Sumqayıt sakini adından Yenixeberorg-a daxil olmuş müraciətdə yer alır. Məlum aktuallığını nəzərə alıb, müraciəti olduğu kimi dərc edirik:

Gündəlik olaraq dövrü mətbuatdan yol nəqliyyat hadisələri ilə bağlı məlumatları izləyirik. Dövlət Yol Polis Xidmətinin əməkdaşları qanun pozuntularına yol verən sürücülərə qarşı operativ reydlər keçirərək vəzifələrini icra etdikləri üçün onlara minnətdarıq.

Əfuslar olsun ki, Sumqayıt ş., 40-cı məh., ərazisində yerləşən 1 №-li, şəhər xəstəxanasının poliklinika şöbəsinin qarşısı poliklinikadan çox maşın bazarını xatırladır. Poliklina ərazisinə qanunsuz daxil olan avtomobillərin əlindən biz təngə gəlmişik. Poliklinaka ərazisinin bir hissəsini poliklinaknın həkimləri zəbt edərək şəsi avtomobillərini saxlayırlar. Digər hissəsi isə yoldan keçən sürücülər özləri üçün parkovka yerinə çevrilibdir. Poliklinanın 2 girişindən birində maneə baryeri (şlakbaum) olsa da, digər girişindəki maneə (şlakbaum) naməlum şəxslər tərəfndən sökülüb. Buna görə də istənilən sürücü poliklinika ərasinə daxil olub hətta qapının ağzında maşınlarını rahat parkovka edirlər. Bu da öz poliklinkaya gələn sakinlərin təhlükəsizliyinə ciddi maneə yaradır. Poliklinikanın rəhbərliyi o avtomobilləri niyə görmür ?!

Xahiş edirik sakinlərin poliklinika ərazisinə qanunsuz daxil olan avtomobil sürücüləri barəsində tədbir görməklə yanaşı avtomobillərin poliklina ərazisinə daxil olmasını əngəlləmək üçün poliklinikanın digər girişindən sökülmüş maneənin (şlakbaum) bərpa olunması üçün tədbir görəsiniz.

Öncədən Sizə minnətdarıq.
Sumqayıtdakı 1 №-li poliklinika maşın bazarını xatırladır -
Sumqayıtdakı 1 №-li poliklinika maşın bazarını xatırladır -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
138 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...