Elşən Salahovun yaxınları COP29-dan necə istifadə edir?

Elşən Salahovun yaxınları COP29-dan necə istifadə edir?
Xəzər rayonunda tikinti sahəsində qanunsuzluq davam edir.

Rayondan Reportyor.info-ya daxil olan məlumatlarda iddia olunur ki, qanunsuzluq edənlər icra başçısı Eşən Salahova yaxın şəxslərdir.

Bildirilir ki, icra başçısının Arif adlı yaxın qohumu və onun Yaşar adlı dostu hələ də özlərini icra hakimiyyətinin rəsmi işçiləri təqdim edərək tikinti işlərinə müdaxilə edirlər.

Bundan başqa, Suraxanı Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin keçmiş rəisi Mehman Hüseynovun Natiq adlı qardaşı oğlunun da adıçəkilən şəxslərlə əlbir olduğu iddia edilir.

Məlumatda qeyd edilir ki, bu şəxslər COP29 ərəfəsində daha da fəallaşıblar. İş o yerə çatıb ki, vətəndfaşlar hətta çıxarışı olan torpaq sahələrində belə, inşaat işləri apara bilmir.

“Sakinlət layihə çəkdirir, onlayn formada qeydiyyatdan keçir, bütün sənədlər əllərində, amma bu adamlar ev tikməyə imkan vermilər”, – daxil olan məlumatda bildirilir.

İddialara görə, arxivli sərəncamlarla bağlı da problemlər mövcuddur. Bildirilir ki, icra hakimiyyətinin memarı Ceyhun Ələkbərli arxivli sərəncamlarla bağlı müraciət edərək torpaq sahəsinin cizgi planını istəyən vətəndaşları müxtəlif bəhanələrlə geri qaytarır. Planı almaq üçün müəyyən şərtlər irəli sürür.

Bildirilir ki, bu qanunsuz əməllərə görə məsuliyyət icra başçısı Elşən Salahovun üzərinə atılır. İddia olunur ki, bütün bunlar məhz icra başçısının tapşırığı əsasında həyata keçirilir.

Yerli sakinlər artıq baş verənlərlər bağlı ölkə rəhbərliyinə müraciət etmək niyyətindədirlər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
285 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...