KATV1 rəhbəri Samir Qurbanov ölkədən küllü miqdarda pul çıxarıb: ittiham olunur
KATV1 (“AG Telekom” MMC) ilə bağlı cərimə protokolu tərtib edilib. Belə ki, KATV1 İnzibati Xətalar Məcəlləsinin iqtisadi fəaliyyət qaydaları əleyhinə olan 430.4-cü maddəsini pozub.
Tələbi pozulan maddəyə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə, vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. “AG Telekom” MMC ilə bağlı iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib. 16 oktyabr tarixində hakim Murad Məmmədovun sədrliyi ilə işə baxılacaq.
İXM-nin 430.4-cü maddəsinin tələbi ilə bağlı cumhuriyyet.net olaraq bildirək ki, istənilən şirkət, sahibkar müəyyən mal almaq üçün ölkədən pul çıxarırsa, iki il ərzində həmin mal ölkəyə gəlmədiyi üçün sifarişi verən şirkət cərimələnir. İki il ərzində mal ölkəyə gəlmirsə, bu sahibkarın ölkədən pul çıxarması anlamına gəlir. Başqa sözlə KATV1 (“AG Telekom” MMC) faktik olaraq ölkədən qeyri-qanuni pul çıxarmış olub. Bu ölkədə ənənəvi üsuldur: sahibkarlar xaricə pul köçürür ki, nə isə alacaq. pulu köçürəndən sonra iki il ərzində həmin malı ölkəyə gətirməlidir. Əgər malı ölkəyə gətirmirsə, sahibkar cərimələnir. Yəni bu halda hesab olunur ki, şirkət, sahibkar ölkədən pul, valyuta çıxarıb. Məlum məsələdir ki, ölkədən heç bir səbəb olmadan pul çıxarmağa məhdudiyyət var. Qeyd edək ki, “AG Telekom” MMC Azərbaycan ərazisində fəaliyyət göstərən ən böyük rəqəmsal xidmət təminatçılarından biridir. Şirkətin rəhbəri Samir Qurbanovdur.
396 dəfə oxundu