Xəzər Dəniz Gəmiçiliyi 17 milyon ziyan etdi: Niyə işləmir?
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin 2024-cü ilin birinci yarısını 16.88 milyon manat zərərlə başa vurması ekspertlərin narazılığına səbəb olub.
Xüsusilə qurumun ötən ilin eyni dövründə 18,72 milyon manat xalis gəlir əldə etməsi müqabilində indiki ziyanı tənqidlərə yol açıb.
QSC ziyanın səbəbləri barədə açıqlamasında bildirib ki, 2024-cü il üçün Xəzərdə bir sıra yerli və xarici neft-qaz layihələri yekunlaşdığından bu layihələrə xidmət edən ixtisaslaşmış gəmilər işlərə cəlb olunmayıb:
“Eyni zamanda, bu il üçün planlaşdırılan bəzi yeni layihələrin növbəti illərə keçməsi də ixtisaslaşmış gəmilərin işlə yüklənməsinə neqativ təsir edib. Xəzərin Azərbaycan sektorundan kənarda da sözügedən ixtisaslaşmış gəmilər üçün layihələr mövcud olmayıb. Beləliklə, proqnozlaşdırılan, eləcə də gözlənilməyən bu və ya digər obyektiv faktorlar gəlirlərin düşməsinə səbəb olub. 2024-cü il üçün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) həyata keçirdiyi neft-qaz layihələrində ASCO-nun təqdim etdiyi gəmi xidmətlərinə də tələbat azalıb. Bu da ümumi gəlirlərin düşməsinə təsir edib”.
Ancaq bu arqumentlər ekspertləri qane etmir. Tanınmış iqtisadçı Natiq Cəfərli bildirib ki, bütün bu şərtlər Xəzər Dəniz Gəmiçiliyi QSC-nin ziyanla işləməsinə səbəb ola bilməz.
Onun fikrincə, QSC ili proqnozlaşdırarkən mövcud reallıqları, SOCAR-ın neft-qaz layihələrində ASCO-ya tələbatın azalacağını, o cümlədən 2024-cü il üçün gəmi yükdaşımalarında layihələri nəzərə almalı, ona uyğun addımlar atmalı idi:
“ASCO niyə beynəlxalq yükdaşımalara önəm vermir, nədən quru yükdaşımalarda aktiv deyil, nə səbəbə Şərq-Qərb dəhlizinin potensialından istifadə etməyi, yəni özünü oda-gözə vurub, pul qazanmağı düşünmür?!”
132 dəfə oxundu