"Zəyəm Texnologiyalar Parkı"nda bədbəxt hadisə baş verib? - Vüqar Sadıqzadə cərimələndi
"Zəyəm Texnologiyalar Parkı" Açıq Səhmdar Cəmiyyətinin (ASC) direktoru Vüqar Sadıqzadə cərimələnib.
Qaynarinfo xəbər verir ki, Dövlət Əmək Müfəttişliyi Xidməti Vüqar Sadıqzadəyə İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsi ilə cərimə yazıb.
O, dövlət qurumunun qərarından məhkəməyə şikayət verib. Direktorun şikayətinə Tovuz Rayon Məhkəməsində baxılacaq. Fərid Əliyev iş üzrə hakim təyin edilib.
555.1-ci maddə istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması üçün hadisə baş verən gün işəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumatın verilməməsi ilə bağlıdır.
Ətraflı
Bu maddədə 1000 manatdan 1500 manatadək məbləğdə cərimə nəzərdə tutulur.
Maddədən aydın olur ki, "Zəyəm Texnologiyaları Parkı" ASC-də bədbəxt hadisə baş verib. Vüqar Sadıqzadə isə faktı gizlədib.
"Zəyəm Texnologiyalar Parkı" ASC müxtəlif növ metal konstruksiyalar o cümlədən fermalar, piyada keçidləri, metal körpü estakadaları, silolar, kalonlar və dayaqlar, bina fasadları üçün çərçivələr, müxtəlif növ beton qəliblər, üç və dörd gövdəli kotanlar, bina, tunel, yol tikintisində istifadə olunan texnikalar üçün (kranlar,ekskavatorlar, qreyderlər, buldozerlər) ehtiyat hissələri (vallar, oxlar, dişli çarxlar, muftalar, oymaqlar) və s. istehsal edir.
243 dəfə oxundu