Keçən seçkilərdə Azay Quliyev, bu dəfə Kəmaləddin Qafarov - Elmira Fərzəliyeva geri ÇƏKİLİR?
Xəbər verdiyimiz kimi, sentyabrın 1-də Milli Məclisə növbədənkənar seçkilər keçiriləcək. Artıq Mərkəzi Seçki Dairəsi 125 dairə üzrə 1030 nəfərin namizədliyini qeydə alıb.
Qeyd edək ki, 9 saylı Binəqədi seçki dairəsindən 8 nəfərin namizədliyi təsdiqlənib.
Namizədlər arasında 2020-ci ildə keçirilən parlament seçkilərində kifayət qədər səs toplayıb, lakin son anda Azay Quliyevin xeyrinə namizədliyini geri götürən Elmira Fərzəliyeva da var.
Maraqlıdır, Elmira Fərzəliyeva bu seçkilərdə kimi özünə əsas rəqib kimi görür?
Elmira Fərzəliyeva Bizim.Media-ya açıqlamasında sözügedən dairədən ən güclü rəqib kimi Kəmaləddin Qafarovun adını çəkib:
“Artıq təbliğat-təşviqat prosesinə başlamışam. Mənim əsas rəqibim Kəmaləddin Qafarovdur. Bu ilki seçkilərdə namizədliyimi geri götürməyi düşünmürəm. Elə bir fikrim yoxdur, bu seçkilərdə mübarizə aparacam. Şansımı qiymətləndirməyə gəldikdə isə deyə bilərəm ki, hər şey ola bilər, qismət”.
Elmira Fərzəliyeva bu dəfə də namizədlikdən geri çəkiləcək?
Qeyd edək ki, yayılan iddialara əsasən, Elmira Fərzəliyevanın Kəmaləddin Qafarovla əvvəlcədən razılaşıb və namizədliyini geri çəkəcəyi bildirilir. Belə ki, Fərzəliyevanın 2020-ci ildə keçirilən seçkilərdə Azay Quliyevlə müəyyən razılaşma əsasında namizədliyini geri götürməsi iddialara əsas səbəb kimi göstərilir.
Elmira Fərzəliyeva saytımıza açıqlamasında bu iddialara belə cavab verib:
“Belə bir şey olmayıb. Səsvermə tamamilə şəffafdır, bu il də belə olacaq. Qeyri-hal düşünülməsin”.
Sözügedən iddialarla bağlı Kəmaləddin Qafarovla əlaqə saxlamaq cəhdlərimiz nəticəsiz qalıb.
Kəmaləddin Qafarov kimdir?
Qeyd edək ki, Kəmaləddin Qafarov daha əvvəl V və VI çağırış üzrə Milli Məclisin deputatı olub. Millət vəkili olmasına baxmayaraq, Kəmaləddin Qafarovun biznes fəaliyyəti ilə bağlı mediada mütəmadi olaraq məlumatlar yayılır.
İddialara görə, Azərbaycanda “dərman monopolisti” kimi tanınan deputat Kamaləddin Qafarovun şirkətləri ucuz başa gəlsin deyə, xaricdən ölkəyə gətirilən dərmanların tərkibini dəyişdirir, keyfiyyəti aşağı salır.
Bundan əlavə, “AzəriMed” MMC şirkətinin Kəmaləddin Qafarovun ən böyük dərman firması olduğu bildirilir. Şirkət həm də “Tibbi Market”də tibbi ləvazimatların və avadanlıqların satışını həyata keçirir. O cümlədən, “Zəfəran” apteklər şəbəkəsi və “Zəfəran Hospital” da bu şirkətə daxildir. “AzəriMed” şirkəti kağız üzərində Kəmaləddin Qafarovun yaxın qohumu Canliya Qafarovanın adınadır.
“Kanon” MMC-nin də Kəmaləddin Qafarova məxsus olduğu iddia olunur. “Kanon” apteklər şəbəkəsi məhz bu şirkətin nəzdindədir.
Qanuni təmsilçisi Kəmaləddin Qafarovun əmisi oğlu Hüsaməddin Qafarovun olduğu “Shafran” MMC-nin də dolayısı ilə deputata məxsus olduğu iddia edilir. Deputatın dərman biznesinə “Avestafarm” MMC, “Naturalist” firmaları da daxildir. Kəmaləddin Qafarovun qardaşı Cəlaləddin Qafarov kağız üzərində “Naturalist” firmasının təsisçisisi kimi göstərilir.
Elmira Fərzəliyevanın Azay Quliyevin qarşısından qalmaqallı geri çəkilişi
Xatırladaq ki, Elmira Fərzəliyeva 2020-ci ildə keçirilən parlament seçkilərində 8 saylı Binəqədi birinci seçki dairəsindən namizədliyini irəli sürüb. Lakin maraqlısı odur ki, kifayət qədər səs toplamasına baxmayaraq, Elmira Fərzəliyeva seçkilərə bir neçə gün qalmış Azay Quliyevin xeyirinə öz namizədliyini geri götürmüşdü.
Onu da bildirək ki, Azay Quliyev sentyabrın 1-də keçiriləcək parlament seçkilərində 8 saylı Binəqədi birinci seçki dairəsindən namizədliyini irəli sürüb. Onun deputat fəaliyyəti ilə yanaşı böyük biznes şəbəkəsinə malik olduğu iddia olunur.
Qeyd edək ki, Azay Quliyevin budəfəki seçkilərdə 11 rəqibi var. Onlardan biri Yeni Azərbaycan Partiyasını, 5-i müxalifət partiyalarını təmsil edir, 4-ü isə bitərəfdir.
Yazıda adları çəkilən namizədlərin də mövqeyini dərc etməyə hazırıq.
251 dəfə oxundu