Qalmaqallı deputat yenidən namizəd oldu, yaxud Paşazadə YAP-a lazımdırmı?
Müstəqil Azərbaycanın tarixində ikincisi keçirilən növbədənkənar parlament seçkilərinə bir aydan da az vaxt qalıb. Budəfəki seçkilərdən gözləntilər özünü doğrultmadı. Belə ki, hakim partiyanın siyahısındə elə bir inqilabi dəyişiklik olmadı. Yaşlıları da daxil olmaqla köhnə deputatların əksəriyyəti dairələri dəyişdirilməklə yenidən namizədlikləri irəli sürüldü. AzToday.az xəbər veriri ki, hətta son dövrlərdə qalmaqallı açıqlamaları seçilən və adları məişət zəminində hadisələrdə hallanan bəzi deputatlar da yenidən siyahıya daxil edildi.
Onlardan biri də Qafqaz Müsəlmanları Ruhani İdarəsinin rəhbəri Hacı Allahşükür Paşazadənin qardaşı Cavanşir Paşazadədir.
Hazırda 76 saylı Lənkəran-Masallı seçki dairəsindən YAP-ın namizədi kimi qeydiyyatdan keçən Cavanşir Paşazadə deputat statusuna zidd fəaliyyəti ilə də seçilən şəxslərdəndir. Belə ki, deputat mandatı daşıya- daşıya biznesini genişləndirməklə məşğul olan Paşazadə qardaşının tutduğu vəzifədən də sui-istifadə edir. Medianın vaxtaşırı gündəmə gətirdiyi kimi, Cavanşir Paşazadənin ölkədə fəaliyyət göstərən taxta-şalban deposu, topdan və pərakəndə satış mərkəzləri, Keşlədə taxta satışı deposu var. Onun mərasim zallarının tikintisi və icarəsi, mərasimlərə təqdim edilən ərzaq mallarının istehsalı müəssisələrinə sahib olduğu da mühüm və ciddi xəbərlərdəndi.
Qeyd edildiyi kimi, Cavanşir müəllim qardaşı Şeyxülislam Allahşükür Paşazadənin hesabına biznes fəaliyyətlərini günü -gündən genişləndirir. Hətta o da qeyd olunur ki, şeyxülislam qardaşı Cavanşirin biznes sahəsinə maliyyə yatıran əsas fiqurlardan biridir.
Bununla yanaşı, Cavanşir Paşazadə bəzi YAP-çı deputatlar kimi dayaz açıqlamaları ilə seçilir, bir çox hallarda ailə üzvləri və biznesindəki qalmaqallı məsələlərlə də medianın diqqətini cəlb edir.
İllər öncə İrandan gələrək Türkiyədə bizneslə məşğul olan Rza Zarrabla ortaqlığı məsələsində olduğu kimi sadalanan biznes sahələri ilə əlaqəsini də inkar etsə də, son nəticədə Milli Məclisin qocaman üzvü özünü ifşa edir, yaxud ifşa olunur.
Bu yaxınlarda son zəng tədbirlərində baş verən hadisə ilə bağlı da yenə təkzib mövqeyində dayanan Paşazadə sonda ifşa olundu.
Belə ki, Bakıda yerləşən 6 nömrəli məktəbin şagirdlərinin “Son zəng” günü avtoxuliqanlıq hərəkətləri ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülərdə ən son model avtomobilləri idarə edən şagirdlərin məmur övladları olduğu iddia olunurdu. Videoda həmin avtomobillərin nömrə və markaları qeyd olunmaqla kimə, hansı məmura aid olduğu da açıqlanmışdı.
Onlar arasında Milli Məclisin deputatı Cavanşir Paşazadəyə məxsus olduğu deyilən 10 UH 700 Audi Q8 markalı maşın da vardı.
Lakin Paşazadə daş atıb başını tutdu ki, qiyməti 70-80 min dollar arasında dəyişən avtomobilin ona dəxli yoxdur: “Həmin videonu görməmişəm, nə də bu xəbəri eşitmişəm. Mənim qohumum kimdir, bilmirəm. Nə belə uşağım, nə qohumum var. Heç kimim yoxdur. Həqiqətən, kişi kimi deyirəm ki, nə bu xəbəri oxumuşam, nə də məlumatım var. Mənim 10 UH 700 nömrəli maşınım yoxdur”.
Buna baxmayaraq, sonradan sübut olundu ki, həmin maşın Paşazadə ailəsinə məxsusdur.
Onun biznesi ilə bağlı qalmaqallar zamanı da əvvəl təkzib mövqeyi tutan deputat sonradan dolayısı yolla da olsa özünü ifşa edib. Amma bu qədər hay-küydən sonra vəziyyətdən “quru” çıxa bilir.
Sonuncu hadisənin seçkiqabağı dövrə təsadüf etməsinin Paşazadənin namizədliyinin təsdiqinə problem yarada biləcəyi güman edilsə də, yenidən siyahıda yer alması ona hakim partiyada ümidlərin tukənmədiyini göstərir?
Çətin sualdır. Amma bu gün üçün ən aktual sual budur: Paşazadə YAP-a lazımdır?
255 dəfə oxundu