Sabirabadda yol problemi: "Uşaqlarımız məktəbə gedə bilmir" (VİDEO)

Sabirabadda yol problemi:

ARB TV-nin "Günə Son” verilişində Sabirabad rayonu, Yaxa Beşdəli kənd sakinlərinin ARB televiziyasının qaynar xəttinə göndərdiyi kadrlar efirə gedib.

Görüntüdə bir qrup kənd sakinləri haqlı narazılıqlarını ifadə edirlər.

Belə ki, sakinlər kənd yolunun bərbad olmasından, aidiyyatı qurumlara şikayət etdiklərini və hec bir cavab almadıqlarını bildiriblər:

"Biz məcburiyyət qarşısında cəkiliş edirik. Yolumuz çox bərbaddır. Uşaqlarımız məktəbə gedə bilmir. Ayaqqabıları cıxıb palçığın içində qalır. Qışda vəfat edənimiz olsa yerdə qalacaq. Bu yolda özümüz gedə bilmirik, nəinki cənazə aparaq", deyə şikayətləniblər.

Daha ətraflı video məlumatı təqdim edirik:





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
326 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...