Bu məşhurların yaxınlarının “Sea Breeze”dəki davası: Məhkəmə qarşısında kimlərin övladları var?
2023-cü ilin yayında Nardaran qəsəbəsində məşhur “Sea Breeze” dənizkənarı istirahət mərkəzində baş vermiş kütləvi dava ilə bağlı hazırda ayrı-ayrılıqda iki cinayət işi üzrə məhkəmə araşdırması gedir. Hər iki işə də Sabunçu rayon Məhkəməsində baxılır. Çünki hadisənin baş verdiyi məkan Sabunçu rayonu ərazisində yerləşir.
Gununsesi.info xəbər verir ki, “Sea Breeze”dəki davanın iştirakçıları olmuş, hazırda isə məhkəmədə təqsirləndirilən və zərərçəkmiş qismində məhkəmə qarşısında dayananlar arasında Müdafiə Sənayesi Nazirliyinin Aparatının rəhbəri olmuş Üzeyir İsmayılovun oğlu Elmir İsmayılov, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə rəisi Vahid Muradovun oğlu Cavad Muradov, Binəqədi İcra Hakimiyyəti başçısının sabiq müavini Leysan Məmmədovun oğlu Elnur Məmmədov və digərləri var. Sözügedən kütləvi dava baş verən gün “Sea Breeze”də konsert olub. Həmin gün ora çoxsaylı məmur övladları gəlib. Dava gecə saatlarında baş verib.
İddiaya görə, söyüşdən başlayan mübahisə sonradan kütləvi davaya çevrilib. Məhkəmə proseslərindən birində Elmir İsmayılov və daha üç nəfər – Peyman Vəlizadə, Məhəmməd Həsənzadə və bir məktəbli (yetkinlik yaşına çatmadığına görə ad-soyadını açıqlamırıq) təqsirləndirilən şəxs qismində müttəhimlər kürsüsündədir. Adları çəkilən üç nəfər həbsdədir. Yalnız məktəbli haqqında istintaq və məhkəmə dövrü üçün həbs qətimkan tədbiri seçilməyib. Onlara qarşı xuliqanlıq ittihamı irəli sürülüb. Elnur Məmmədov və Cavad Muradov isə zərərçəkmiş qismində tanınıb.
Eyni hadisə ilə bağı digər məhkəmə prosesində Cavad Muradov və Şamxal Məmmədov təqsirləndirilən şəxs qismində hakim qarşısındadır. Əvvəlki işdə təqsirləndirilən olan Elmir İsmayılov, Peyman Vəlizadə və Məhəmməd Həsənzadə bu işdə zərərçəkmiş qismində tanınıb. Zərərçəkmişlər arasında Elmir İsmayılovun qardaşı Elgün İsmayılov da var.
İsmayılov qardaşlarının atası, Müdafiə Sənayesi Nazirliyində Aparat rəhbəri olmuş Üzeyir İsmayılov həm də keçmiş nazir Yavər Camalovun qohumudur. Eyni zamanda, onların əmisi uzun illər Baş Prokurorun birinci müavini olan Rüstəm Usubovun kürəkənidir.
Elnur Məmmədovun atası Leysan Məmmədov isə icra başçısının müavini vəzifəsindən sonra Minatəmizləmə Agentliyində Aparat rəhbəri olub.
733 dəfə oxundu