"Azəristiliktəchizat"la "Qaçqınkom"un istilik oyunu - Məcburi köçkün şəhərciyinə niyə istilik verilmir?

"Azəristiliktəchizat"la "Qaçqınkom"un istilik oyunu -
Kürdəxanı qəsəbəsində məcburi köçkünlər üçün tikilən yaşayış komplkesinə istilik verilmir.

Bu barədə Qaynarinfo-ya yaşayış kompleksinin sakinləri bildirib. Onların sözlərinə görə, kompleksə 15 bina daxildir.

"Bu binalarda ümumi olaraq 810 ailə yaşayır. Elə yaşayış kompleksinin adı da "810 yeni yaşayış kompleksi” adlanır. İndi bu 810 ailə istiliyə həsrət qalıb”, deyə sakinlər bildirib.

Sakinlər əlavə edib ki, kompleks 2019-cu ildə təhvil verilib. Həmin ildən istilik problemi həll olunmamış qalıb:

"Hər dəfə sakinlər aksiya keçirir, yolu bağlayır. Ondan sonra istilik verirlər. Noyabrın 15-dən istilik verilməlidir. Amma biz hər dəfə dava-qırğınla dekabr ayında istiliyin verilməsinə nail oluruq".
Ətraflı

Onların sözlərinə görə, problemin kökündə istilik sisteminin düzgün quraşdırlmaması dayanır:

"Bu binalar "Qaçqınkom”un sifarişi ilə inşa edilib. "Azəristiliktəchizat”dan deyirlər ki, binalarda istilik sistemi düzgün quraşdırılmayıb. Ona görə də "Azəristiliktəchizat” binaları təhvil almır. İstilik verilməməsini də bu problemlə izah edirlər. Amma sakinlər etiraza qalxanda dərhal istiliyi verirlər”.

Sakinlər məsələ ilə bağlı Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə də müraciət ediblər.

"Qaçqınkom” deyir bizlik heç nə yoxdur. "Azəristiliktəchizat” isə binaların istilik sistemində problem olduğunu deyir. Beləcə qalmışıq iki qurumun arasında. Bu binalara üçün iki qazanxana tikilib. Biri 7, digəri isə 8 bina üçün nəzərdə tutulub. Göz dağı kimi saxlayıblar. Təsəvvür edin, yaşayış komplkesinə məktəb və bağça da daxildir. Orada da istilik yoxdur. Camaat soyuğa görə uşaqlarını bağçaya göndərmir. Bilmirik hara, kimə müraciət edək?!”, deyə sakinlər bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
192 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...