İcra başçısı ilə keçmiş məmur arasında qalmaqal: Azər Qocayev Qədir İsmayılovu niyə işdən çıxarıb?
Qədir İsmayılov Kəlbəcər Rayon İcra Hakimiyyətini məhkəməyə verib.
Qaynarinfo xəbər verir ki, onun iddiası Gəncə İnzibati Məhkəməsinin hakimi Firkət Hüseynovun icraatındadır. Qədir İsmayılov işə bərpa olunmasını tələb edir.
Qaynarinfo məsələnin təfərrüatlarını öyrənmək üçün keçmiş icra nümayəndəsi ilə əlaqə saxlayıb. Qədir İsmayılov bizimlə söhbətində bildirib ki, avqustun 23-də işdən çıxarılıb.
"Məni gecə növbətçi yazmışdılar. Vaxtında çata bilməmişdim. İcra başçısı bunu əsas gətirib işdən çıxarıblar”, deyə keçmiş icra nümayəndəsi əlavə edib.
O, icra başçısının bu qərarını ədalətsiz hesab edir: "Mən həmin olaya qədər işimdə nöqsana yol verməmiş. Bu birinci hal idi. Xəbərdarlıq edilə, töhmət verilə bilərdi. Amma dərhal işdən çıxarıblar”.
Qədir İsmayılov icra başçısının ona qarşı bu sayaq münasibətinin səbəbini anlamadığını deyib. "Bilmirəm nə üçün belə edib. Ona görə də məhkəməyə müraciət etmişəm”, deyə keçmiş icra nümayəndəsi bildirib.
Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayevdir. O, 2020-ci ildən bu vəzifədədir.
453 dəfə oxundu