İlon Maskla Ceyhun Abbasovun fərqi – Qırmızı diplomlu elektronçu mühəndisimiz nəyə görə haramxor “bizon” alverçisi oldu
GUNDEMİNFO.AZ Haqqında söz açdığımız orta yaşlı iş adamı Ceyhun Həsən oğlu Abbasov 1996-cı ildə Azərbaycan Texniki Universitetini “Mühəndis-elektronik-konstruktor” ixtisasını fərqlənmə diplomu ilə bitirib. 1992-ci ildən etibarən bizneslə məşğuldur. Biznesinin də ixtisası ilə heç bir əlaqəsi yoxdur. Belə çıxır, adam universitetə daxil olanda bilirmiş ki, ixtisas bilgiləri ona gərək olmayacaq, sadəcə diplomu imtiyaza görə almaq lazım imiş. Hərçənd, ölkəmizdə elektronik konstruksiyalar hazırlamaq, sahəsində elə bir uğura imza atmış mühəndis yoxdur ki, səsi – sorağı ölkımizin sərhədini aşsın. Elə bir iş adamı da yoxdur ki, elektronika məhsullarının istehsalı və satışı ilə məşğul olsun. Bir sözlə, bizdə elektronçu mühəndis böyük kapital qazanmaq üçün yalnız alverçi Ceyhun Abbasovun yolu ilə gedə bilər, elektrikli və sürücüsüz avtomobillər istehsal edən İlon Maskın yolu ilə deyil. Özü də biznesə haram qatmaqla. Elə bugünkü söhbətimiz də Ceyhun Abbasovun haramxorluğundan gedəcək.
Ceyhun Abbasov da elektronika mühəndisliyindənsə, alverçiliyi seçib. Hazırda fəaliyətini qurucusu və rəhbəri olduğu “Avrora Qrup”un prezidenti kimi davam etdirir. Şirkət distribüter daha peşəkar və davamlı həyata keçirmək üçün mərkəzi ofisi Bakıda olmaqla Gəncə, Lənkəran, Bərdə, Quba, Göyçay, Şəki və Saatlıda filialları fəaliyyət göstərir. Hal-hazırda qida sektorunda ölkəmizin ən monopolist distribüter şirkətlərindən biridir. Beynəlxalq şirkətlərin, zavod və fabriklərin “toxunulmaz” partnyoru olan “Avrora Qrup”un portfoliosuna “Danone”, “Ehrman”, “Arla”, “Rolton”, “Hochland”, “KraftHeinz” “Pernod Ricard”, “Diageo”, “Carlsberg”, “Jagermeister”, “Gruppo Campari”, “Brown Forman”, “Bacardi Limited” və s. kimi aparıcı şirkətlər daxildir. 12000-dən çox ticarət nöqtəsinə 1000-dən çox məhsul çeşidinin satışını həyata keçirir. Şirkətin istehsalat sahələrini özündə birləşdirən “Avrora Sənaye Parkı”nda Makaron fabriki, Qənnadı fabriki, Qazlı və qazsız içkilər fabriki, Karbon Dioksid fabriki, Un istehsalı fabriki vardır. Fabriklərdə İsveçrənin “Buhler”, “Franz Haas”, İtaliyanın “İmaforni”, “CFT”, “Fava”, “Ricciarelli”, “Landucci”, Almaniyanın “KRONES” və digər avadanlıqlar quraşdırılmışdır. 2010-cu ildə Bolmart Supermarketlər Şəbəkəsi xalqın xidmətinə verilib.
2014-cü ildə İtalyanın CFT avadanlıqları əsasında qazlı sərinləşdirici içki zavodu fəaliyyətə başlayıb. Zavodda “Bizon” markası ilə qazlı sərinləşdirici içki istehsal olunur. Zavod həmçinin Go, Jaguar və Berg qazlı sərinləşdirici içkilərinin rəsmi istehsalçı partnyorudur.
Göründüyü kimi, enerji içkilərinin istehsalı və satışı Ceyhun Abbasovun təsisçisi olduğu şirkətin fəaliyyətinin yalnız bir, amma həm də vacib istiqamətidir. Əslində bu içkilər də narkotik kimi insanlarda asılılıq yaradır. Belə energetik içkilərdən biri də BİZON-dur. Hətta məşhur reklamı da var: BİZ ONU SEÇDİK. Bu məhsulun Azərbaycanda istehsalçısı “Avrora” MMC tərəfindən istehsal olunan “Bizon Energy”dir. Energetik içkilərin, o cümlədən BİZONUN zərərindən, dünyada qadağan olunmasından çox danışılıb. Amma, sən demə, Ceyhun Abbasovun hər gün yüz minlərə, bəlkə də milyonlara satdığı və üzərində energetik içki ( “ENERGY” və “CHARGE YOUR POWER”) yazdığı BİZON saxta imiş. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən “Avrora” MMC barədə antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb. Bəlli olub ki, alkoqolsuz içkilərin üzərində, “alkoqolsuz” sözlərinin istifadə olunması, istehlakçılarda həmin məhsulun enerji içkisi olması təəssüratının yaradılması, xassələri və keyfiyyəti barədə düzgün olmayan məlumatların verilməsi əlamətləri müəyyən edilib. Yəni iş adamı Ceyhun Abbasov neçə ildir ki, istehlakçıları aldadır – “BİZON” enerji içkisi deyilmiş…
Ekspertlər qeyd edir ki, “Enerji içkilərinə dair müvəqqəti sanitariya normaları və qaydaları”na əsasən, alkoqolsuz içkilərin tərkibində insan orqanizminin mərkəzi sinir sistemini stimullaşdırmaq xüsusiyyətinə və antisedativ təsirə malik olan kofein, taurin, qlükoronolakton, amin turşuları, B qrupu vitaminlər və s. kimi maddələrdən və ya bitki ekstraktlarından ən azı ikisi mövcud olduğu təqdirdə, yaxud həmin maddələrdən yalnız kofein olduqda və miqdarı 15 mq/100 ml-dan artıq olarsa, həmin alkoqolsuz içkilər enerji içkisi hesab edilir. Amma Ceyhun Abbasovun BİZON-u bu qayda və normalara cavab vermir. Ceyhun Abbasov öz müsahibələrinin birində energetik içkilərə aksizlərin tətbiq olunmasını pisləyir, hətta özündən razı bu adam deputatları, dövlət qurumlarını ittiham edir. Onu tanıyanların dediyinə görə, Ceyhun Abbasov hər yerdə “Mən Ordubadlı Ceyhunam….yuxarılarda….hüquq-mühafizə orqanlarında adamlarım var…kimi istəsəm “nakazat” edərəm” deyir….
“Bizon”un yeniyetmə və gənclərə, hamilə qadınlara, süd verən analara, ürək -damar xəstəliyindən əziyyət çəkənlərə, böyrək və qaraciyər xəstələrinə tövsiyə olunmaması C.Abbasovun heç vecinə də deyil. Energetik içkilər qəfil ölümlərə səbəb ola bilir. Bunu mütəxəssislər deyir. Belə ki, bu içkilər insanın istər psixoloji durumuna, istərsə də ürək-damar sisteminə, maddələr mübadiləsinə mənfi təsir göstərir, yuxu, əsəb sistemini pozur. Hətta Milli Məclisdə bütövlükdə energetik içkilərin ölkəmizdə satışı ilə bağlı müəyyən qadağaların tətbiq edilməsinə təşəbbüslər də hələ ki, nəticəsiz qalıb. Halbuki energetik içkilərin istehsalı, satışı, reklam edilməsi bir çox qabaqcıl Avropa ölkələrində (Norveç, Danimarka, Fransa və s.) qanunla qadağan edilib. Qonşu Rusiyada da, nəhayət, prezidentin işə qarışması sayəsində məsələ həllini tapıb. Yəqin, bizdə də gərək mütləq məsələyə Prezident özü şəxsən müdaxilə etsin.
aktualxeber
458 dəfə oxundu