FHN-də kadr dəyişiklikləri davam edir – Növbədə “Tuz Qəşəm”dır?

FHN-də kadr dəyişiklikləri davam edir –
Fövqəladə Hallar Nazirliyində (FHN) kadr islahatı aparılmaqdadır.

Nazir, general-polkovnik Kəmaləddin Heydərovun əmri ilə bir neçə gün öncə nazirliyin Maddi-Texniki Təminat İdarəsinin rəisi Amal Teymurov maliyyə pozuntularına görə vəzifəsindən azad edildi.

Dünən isə nazirin digər əmri ilə FHN-nin Tibb Mərkəzinin rəisi, tibb xidməti polkovniki Xanım Sofiyeva vəzifəsindən azad edilərək, ehtiyata göndərilib.

Qlobal.az-ın əldə etdiyi məlumata Fövqaladə Hallar nazirliyində islahatlar davam etdiriləcək.

Məlumata görə yaxın günlərdə vəzifəsi ilə vidalaşacaq məmurlardan biri də Nəzarət Təftiş İdarəsinin rəisi Qəşəm Məmmədovdur.

Yerli mediada dərc olunan məlumatlarda Qəşəm Məmmədovun “Tuz Qəşəm” ləqəbi ilə tanındığı iddia edilir.

Qeyd edək ki, Nəzarət Təftiş İdarəsinin fəaliyyətində ciddi qüsurların olduğu bildirilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
466 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...