Xoşbəxtliyini başqalarının bədbəxtliyi üzərində quran “Birlik” sədri!

Xoşbəxtliyini başqalarının bədbəxtliyi üzərində quran “Birlik” sədri!
Çoxlarına məlum olduğu kimi, 2020-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti Neftçala rayonunda əməliyyat keçirərək, İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevi və onun komandasını həbs edib. İcra başçısı İsmayıl Vəliyevin həbsi zamanı onun otağından müxtəlif sahələrdə çalışan vətəndaşlara məxsus maaş kartları aşkar edilərək götürülmüşdü. Həmçinin Neftçala rayon Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi Miriyev Mehtinin birliyinə məxsus əmək haqqı kartları. Bu hadisələr zamanı onun müavini vəzifəsindən azad edilsə də, Miriyev Mehdi nədənsə vəzifəsində saxlanılıb. Qeyd etdiyim həbslərdən 3 il keçməyib ki, Miriyev Mehdi öz çirkin əməllərini müxtəlif yollarla davam etdirir. Məlumata görə, Neftçala Rayon Mənzil Kommunal İstehsalat Birliyinin 200-ə yaxın işçisi Mehdi müəllimə aylıq maaşlarından verməklə, işə getmirlər. Birlikdə işləyən fəhlələrin dediyinə görə, qanunla hansısa sahəyə 20-30 işçi ayrılıbsa, onlardan yalnız 5-10-u həmin sahəyə gedir. Səbəb isə həmin şəxslərin Mehdi müəllimi ayın sonunda görməsidir.30 işçinin yükü 5-10 işçinin üzərinə qaldığından işçilər çox yorulduqlarını və əziyyət çəkdiklərini bildirirlər.Bundan başqa, Neftçala Rayon Mənzil Kommunal İstehsalat Birliyini ailə birliyinə çevirən Mehti müəllim qardaşının və yaxın tanışlarının adını birliyə rəsmiləşdirərək qanunsuz maxinasiyalar edir.

Neftçala rayonu, Xıllı qəsəbəsində yolun kənarında özünə şadlıq sarayı tikdirən Mehdi müəllim fəhlələrin maaşı hesabına özünə xoşbəxt günlər qurmaq istəyir. Amma bir şeyi unudub ki, başqalarının bədbəxtliyi üzərində xoşbəxtlik qurmaq olmaz. Görünür, bəzi məmurlar həbslərdən nəticə çıxarmır. İsmayıl Vəliyevin yadigarı çox maraqlıdır, kimə güvənərək ayağını qaza qoyur. DTX bir balaca araşdırma aparıb işçilərini dinləsə, məlumatların düzgün yazıldığını görər.

Avtandil Məmmədov,

RealMedia.az



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
441 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...