İşdən çıxarılan icra başçısı kimdir? - Avropada biznes, şirkətlər... (DOSYE)

İşdən çıxarılan icra başçısı kimdir? -

Xəbər verdiyimiz kimi, ötən gün Ziyəddin İsmayıl oğlu Əliyev Quba Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Bu barədə Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Qaynarinfo xəbər verir ki, Ziyəddin Əliyev 27 iyun 1963-cü ildə Ermənistanın Krasnoselsk rayonunun Ardanış kəndində anadan olub. Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirib. İxtisasca inşaat mühəndisidir.

Əmək fəaliyyətinə 1980-ci ildə "Azərbaycan Kənd Təsərrüfatı Texnikası" Layihə Kontorunda başlayıb. 1981-1983-cü illərdə hərbi xidmətdə olub. 1984-1993-cü illərdə "Bakı Mühəndis Tikinti" Trestində mühəndis, böyük mühəndis, müdir, 1993–1998-ci illərdə "İnşa" Elm-İstehsalat Mərkəzinin direktoru, 1999-2001-ci illərdə Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Departamentinin "Yoltəmirtikinti" Birliyində idarə rəisi, 2001–2002-ci illərdə "Bakı Yoltikintiservis" ATSC-nin Material təchizatı sahəsinin rəisi, 2002-2008-ci illərdə "Bakı Yol Tikinti-1" ATSC-nin direktoru, 2009-2010-cu illərdə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin "Azəryolservis" ASC-nin "77 saylı Yol İstismarı" MMC-də baş mühəndis, 2010–2013-cü illərdə "Mühəndis Yol Təmir-Tikinti" MMC-də baş mühəndis, 2013-2015-ci illərdə "Azəryolservis" ASC-nin "81 saylı Yol İstismarı" MMC-nin rəisi, 2015–2017-ci illərdə "Azəravtoyol" ASC-nin "Bakı 2 №-li Yol İstismarı" MMC-nin direktoru vəzifələrində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 2 dekabr 2017-ci il tarixli Sərəncamı ilə Quba Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Prezidentin 20 fevral 2017-ci il tarixli Sərəncamı ilə Azərbaycanda yol-nəqliyyat infrastrukturunun inkişafında xidmətlərinə görə "Əməkdar mühəndis" fəxri adı verilib.

Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, iki övladı var.

Ziyəddin Əliyevin adı bir sıra qalmaqallarda hallanıb. Həmçinin onun Avropadakı biznesi ilə bağlı məlumatlar da dərc olunub. Bu barədə bir neçə il əvvəl araşdırmaçı jurnalist Cavanşir Həsənli yazmışdı.

Həmin vaxt bildirilirdki ki, Ziyəddin Əliyev Çexiyada şirkətini hələ "Bakı Yol Tikinti-1” ATSC-nin direktoru olarkən, yəni 2008-ci ilin yanvarın 18-də açıb. İlkin nizamnamə kapitalı 200 min kron olan "AZ SERVIS-NR s.r.o." (MMC) şirkətinin qeydiyyat sənədində təsisçinin 27 iyun 1963-cü il təvəllüdlü, Bakı şəhəri, Ə.Kürçaylı 7/45 ünvanında pasport qeydiyyatında olan Ziyəddin Əliyev olduğu qeyd olunub. Şirkətin adında NR sonluğu Ziyəddin Əliyevin oğlanlarının adlarının baş hərfləridir.

Ziyəddin Əliyev Avropada biznesini Çexiya ilə məhdudlaşdırmayıb. Belə ki, 22 iyul 2017-ci il tarixdə o, Avstriyanın paytaxtı Vyanda daha bir şirkət qeydiyyatdan keçirib. "S.M.A.N Business Solutions GmbH" Vyana ədliyyəsində 30 min avro nizamnamə kapitalı ilə FN 457017 i saylı lisenziya alıb. Nizamnamə üzrə fəaliyyət dairəsi daşınmaz əmlak, tikinti, ticarət sahələrini əhatə edir.

Şirkətin hissələrinin 51 faizi Ziyəddin Əliyevin Çexiyada sahibi olduğu "AZ SERVIS-NR s.r.o." şirkətinə, 49 faizi isə Sübhan Məmmədli adlı şəxsə məxsus olub.

İcra başçısının oğlu Nicat Əlibəyli bir neçə il öncə Kenan Koç adlı şəxslə Avstriyanın paytaxtı Vyanada KENA GASTRO GmbH-ni təsis edib. Qastronomiya sahəsində xidmət lisenziyası alan şirkət 2019-cu il fevralın 22-də Vyana, Johannesgasse 14/1 ünvanında hüquqi qeydiyyata alınıb. İcra başçısının oğlu ilə 75/25 nisbətində ortaqlığa başlayan Kenan Koç Vyanada daha bir necə şirkət təsis edərək restoranlar şəbəkəsi qurur. Kenan Koç qısa müddət ərzində Vyanada 3 fərqli ünvanda brendə çevrilən Kenny's restoranlarının, "Space Burger", "Pandemic Kitchen"in və "Empire" gecə klubunun meneceri kimi məşhurlaşır.
Ətraflı

Cavanşir Həsənlinin iddiasına görə, onun Ukraynada 7 şirkəti olub. Bunıardan ən məşhuru Lvov vilayətinin Nikolayevsk şəhərində benefisiarı olduğu və 7 milyon avroya başa gələn "ALOV" asfalt zavodudur.

İcra başçısının ailəsinə məxsus olduğu iddia edilmiş bəzi şirkətlər:

1. ALOV ASFALT ZAVODU (Ukrayna)
2. MİKOLAYEV-LVOV İNŞAAT ŞİRKƏTİ (Ukrayna)
3. "ALOV" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ (Ukrayna)
4. "ALOV TİCARƏT EVİ" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ (Ukrayna)
5. "ALOV-BUD" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ (Ukrayna)
6. SMANBUD MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ (Avstriya)
7. SMANBUD TOV (Ukrayna)
8. "Nikolayev-Lvov Tikinti Konstruksiya Kombinatı” Anonim Şirkəti (Ukrayna)
9. AZ SERVIS-NR s.r.o. (Çexiya)
10. "METAS-R" MMC (Azərbaycan)
11. KENA GASTRO GmbH (Avstriya).

Həmçinin, iddia edilib ki, Ziyəddin Əliyev rəhbərlik etdiyi Qubanın Vladimrovka kəndində "Fayton" restoranı (istirahət kompleksi 1.5 ha ərazidə), Quba şəhəri, Qəçyəş yolu yaşayış massivində 2 ədəd villa, Quba-Qonaqkənd yolu, Təngəaltıda dağ yamacında otel və restoran kompleksi, Quba rayon Nügədi kənd ərazi dairəsində çınqıl karxanası, asfalt zavodu və beton zavodu, Qubanın İqrıq kəndi ərazisində, Quba-Bakı yolu üzərində yanacaqdoldurma məntəqəsi, Quba şəhərinin 28 May parkında restoran əyləncə kompleksi, açıq mini futpol meydançası və gözəllik salonu, Quba şəhərinin girişində "ASAN Xidmət"lə üz-üzə iki çoxmərtəbəli binanın birinci mərtəbəsində obyektlər, Quba şəhəri, Ə.Nərimanov küçəsində yarımçıq tikili çoxmərtəbəli binanın sahibi olub.

Mətbuatda dərc olunmuş bu iddialar heç vaxt təkzib olunmayıb.

İşdən çıxarılan icra başçısı kimdir? -
İşdən çıxarılan icra başçısı kimdir? -
İşdən çıxarılan icra başçısı kimdir? -
İşdən çıxarılan icra başçısı kimdir? -
İşdən çıxarılan icra başçısı kimdir? -
İşdən çıxarılan icra başçısı kimdir? -
İşdən çıxarılan icra başçısı kimdir? -
İşdən çıxarılan icra başçısı kimdir? -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
427 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...