Zakir Fərəcov üçün çətin günlər: icra başçısı həbsdən yayına biləcəkmi?

Zakir Fərəcov üçün çətin günlər:
Bu il Azərbaycanda səs-küy doğuracaq kadr islahatlarının aparılacağı gözlənilir. Məlumata görə, 2023-cü ildə hazırda yüksək vəzifə tutan bəzi məmurların işdən azad olunması planlaşdırılır. Siyasi kluarlarda dolaşan müzakirələrdə deyilir ki, etimadı doğrultmayan və fəaliyyətində ciddi nöqsanlara yol verən məmurlar vəzifələri ilə vidalaşmalı olacaqlar. Onların arasında baronlaşmış icra başçılarının da yer alacağı bildirilir. Bununla bağlı daxil olan məlumata görə, vətəndaşların narazı qaldığı məmurlardan biri Sumqayıtın icra başçısı Zakir Fərəcovdur. Sumqayıt Gəncədən sonra Azərbaycanın üçüncü böyük şəhəridir. Ancaq Sumqayıt kimi şəhərdə hələ də iş yerləri problemi mövcuddur. Bundan qabaq Naxçıvan üçün də deyilirdi ki, 400 min əhalidən cəmi 100 mini ərazidə qalıb, 300 min insan isə iş dalınca dünyanın digər ölkələrinə yönəlib. Bu baxımdan Sumqayıt sakinlərinin narazılıq etdiyi icra başçısı Zakir Fərəcovun Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbovla əlaqəsi üzə çıxsa, bu heç kəsdə təəccüb yaratmaz. Ölkə də Naxçıvanda və Sumqayıtda uzun müddət “Bravo” mağazalar şəbəkəsinin qurulmaması da müəyyən ehtimallar yaradır. Sumqatıtda böyük cinayətkar şəbəkə formalaşdıran, icra hakimiyyətini korrupsiya mənbəyinə çevirən, qanunsuz yollarla dövlətin milyonlarını mənimsəyən, özünü Ramiz Mehdiyevin dostu, Bəylər Əyyubovun qohumu kimi təqdim edən icra başçısına siyasi münasibətin daha bir göstəricisi Birinci Vitse Prezidentin bu şəhərdə hər hansı bir açılışda iştirak etməməsidir. Məlumatlı şəxs bildirib ki, tezliklə vəzifəsi ilə vidalaşacaq şəxslərin siyahısında ilk yerdə Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov gəlir. Yeri gəlmişkən bildirək ki, bu günlərdə Sumqayıt şəhər İcra Hakimiyyətində yeni təyinat olub. Fərid Ələkbərov müvafiq sərəncamla Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının müavini təyin edilib. 44 yaşlı F.Ələkbərovun bu təyinatadək digər dövlət qurumunda çalışdığı bildirilir. Məlumatlı mənbənin sözlərinə görə müavinlərin yenilənməsi əslində Z.Fərəcovun vəzifədən alınması prosesinin başlanğıcıdır. Bu prosesdən Fərəcov özü də xəbərdardır. Qocaman icra başçısı vəzifədən getdikdən sonra digərlər həmkarları kimi cinayət məsuliyyətinə cəlb olunmamağın yolların axtarır.

Sumqayıt Şəhər İcra Hakimiyyətində yoxlamaların başladığı haqqında məlumatlar yayılıb. Məlumatlarda əsasən icra başçısı Zakir Fərəcovun son üç illik fəaliyyət dövrünün maliyyə nazirliyinin 8 nəfərlik qrupu tərəfindən araşdırıldığı qeyd olunub. Bildirilib ki, yoxlamaların nəticəsindən asılı olaraq onunla bağlı müvafiq qərar veriləcək. Mənbənin bildirdiyinə görə Z.Fərəcovun ən ciddi maliyyə pozuntularından biri şəhər stadionu ilə bağlıdır. Arenada yenidənqurma işləri ötən ilin dekabrında başa çatsa da, hələ də istifadəyə verilməyib. Yoxlamalar zamanı məlum olub ki, stadionda kifayət qədər ciddi problemlər var. Layihədə nəzərdə tutulan bir çox detallar icra edilməyib ki, bu da maxinasiyaların olması anlamına gəlir. Bu səbəbdən Sumqayıt kimi şəhərin stadionu azarkeşlərin və eyniadlı klubun istifadəsinə verilmir. Bu barədə yeni məlumatda bildirilir ki, yaxın vaxtlarda Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov işdən azad ediləcək. Stadionun açılışı da yeni başçının təyinatından sonra reallaşacaq.

Qeyd edək ki, Sumqayıt şəhər stadionu Prezident İlham Əliyevin 21 noyabr 2019-cu il tarixli sərəncamı ilə yenidən qurulub. Arenanın tikintisinə ilkin olaraq 5 milyon manat vəsait ayrılıb. Zakir Fərəcovun fəaliyyətindən məlumatı olan yaxın mənbə bildirib ki, Sumqayıtda çox böyük problemlər var və bu problemlərin hamısı icra başçısının yol verdiyi ciddi nöqsanlarlarla bağlıdır.

Yayılan son məlumatlara görə, Sumqayıtın icra başçısı mülklərinin bir hissəsini satışa çıxarıb və həmin mülklərin digər qismi isə banklara girov qoyularaq, müqabilində böyük məbləğli kreditlər götürülüb. Fərəcovun mülklərini satmasının səbəbləri dəqiqliklə məlum deyil. Hərçənd icra başçısı öz yaxın adamlarına bunu başqa bir şəkildə izah etməyə çalışır. Məsələn, o, yaxın adamlarına deyib ki, guya, “yuxarılara pul lazımdır”. Hərçənd bu inandırıcı görünmür. Gələn xəbərlərdən aydın olan isə odur ki, Fərəcovun mülklərini satışa çıxarması və böyük məbləğdə kreditləri götürməsinin səbəbi tamam başqadır. İcra başçısı vəzifəsindən gedəcəyini bildiyindən mülklərini nağd pula çevirərək, onları xaricə ötürməyə başlayıb. Həmin iddialara görə, təkcə ötən ilin ikinci yarsında xaricə çıxarılan pulun məbləği qüz milyon manata yaxın olub. Həmin pullar isə xaricdə ya banklara yerləşdirilib, ya da mülklər alınıb. Bu mülklərin əsasən Çexiya , Serbiya və Bosniya-Hersoqovinada alındığına dair məlumatlar da mövcuddur. Xəbərlərdən belə başa düşülür ki, Fərəcov işdən çıxarıldıqdan sonra sərvətini təminat altına almaq üçün bu addımı atıb. Görünür, onun təmsil etdiyi hakimiyyətə güvəni yoxdur və bu səbəbdən də mülklərini pula çevirərək, onları xaricə daşımaqla məşğuldur.

Hazırda Z.Fərəcov üçün ən ciddi problem məşhur Saray bələdiyyəsinin qətli və Sumqayıtın abadlaşmasında iştirak edən sahibkarlara olan borcdur. Bu səbəbdən Z.Fərəcov vəzifədən alınanadək hər iki problemin həllinə çalışır. Bütün hallarda Zakir Fərəcov və onun “maliyyə işlərini” aparan isə keçmiş “kamaz şoferi” şəhərin memarı Adil Xudadatovun məsuliyyətdən yaxa qurtaracağı real görünmür…(cumhuriyyet.az)



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
634 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...