Məşhur şirkət cərimələnə bilər – “Casamia” nədə ittiham olunur?

Məşhur şirkət cərimələnə bilər –
Dünya brendlərinin Azərbaycanda rəsmi nümayəndəsi olan "Casamia” MMC barəsində inzibati iş başlanıb.

Qaynarinfo xəbər verir ki, MMC İnzibati Xətalar Məcəlləsinin 347-ci (Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi) maddəsi ilə ittiham olunur.

Məşhur şirkət cərimələnə bilər –



Kladio Tffurini və Cavid Hüseynov

İş baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib. Artıq iş üzrə hakim təyin edilib. "Casamia” MMC barəsində tərtib olunmuş protokola hakim Xalidə Əlisoyun sədrliyi ilə baxılacaq.
Ətraflı

İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilməsi nəzərdə tutulur.

"Casamia” MMC 17 avqust 2010-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN-dir. Şirkətin qanuni təmsilçisi Hüseynov Cavid Mosu oğludur.

Cavid Hüseynov tanınmış iş adamıdır. Onun rəhbərlik etdiyi şirkət də Azərbaycanda kifayət qədər populyardır. Hətta ölkə hüdudlarından kənarda da tanınır.
2021-ci ildə İtalyanın Azərbaycandakı səfiri Klaudio Taffurini və İtaliyanın ölkəmizdəki Ticarət Palatasının sədri Maurizio Ferri "Casamia”da işgüzar görüş keçirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
507 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...