Müdafiə Nazirliyi şübhəli tender keçirdi – Dövlət Xidməti nəticəsini ləğv etdi
Müdafiə Nazirliyinin Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzi tərəfindən keçirilən tender müsabiqəsinin nəticəsi ləğv olunub.
Yeniavaz.com xəbər verir ki, müsabiqənin nəticəsi İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 10 may 2023-cü il tarixli 3-21-1/2-7943/2023 nömrəli məktubuna əsasən ləğv olunub.
Məlumat üçün bildirək ki, ləğv olunan tenderin qalibi “Dijital-S” MMC (VÖEN – 1406253531) olub. Müabiqənin şərtlərinə görə, "Baner üzərində çap işlərinin, vinil üzərində çap işlərinin, laminatın, orqanik şüşənin, MDF materialının, diaqlaz materialının, L profilinin və forex materialının satın alınması" işlərinə görə Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzi “Dijital-S” MMC-yə 41 min 970 manat vəsait ödəməli idi.
Qeyd edək ki, “Dijital-S” MMC 6 ay əvvəl – 05.12.2022-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin qanuni təmsilçisi Məhərrəmov Sahil Məhərrəm oğludur. Şirkətin hüquqi ünvanı isə Nəsimi rayonu, Hüseyn Seyidxadə, 2 MKR, ev 23, m. 48-də yerləşir.
“Dijital-S” MMC barəsində açıq internet resurslarında heç bir məlumat yoxdur. Şirkətin nə rəsmi saytı, nə də sosial şəbəkə hesabları var.
“Dijital-S” MMC-nin qeydiyyatda olduğu hüquqi ünvanda müxtəlif şirkətlər qeydiyyata alınıb. “Dijital-S” MMC kimi bu şirkətlər barəsində də heç bir məlumat mövcud deyil. Lakin, yarandıqdan qısa müddət sonra dövlət qurumlarının keçirdikləri tenderlərdə qalib ola bilirlər. Məsələn, qeyd olunan ünvanda 01.02.2023-cü il tarixində “Lord333” MMC (VÖEN- 1406329811) adlı şirkət dövlət qeydiyyatına alınıb. Qeydiyyata alındıqdan 20 gün sonra keçirilən 79 min manatlıq tender müsabiqəsində qalib olub.
796 dəfə oxundu