Rəşad Dağlı ilə bağlı qərar bu gün verilə bilər - Onu nə qədər cəza gözləyir?

Rəşad Dağlı ilə bağlı qərar bu gün verilə bilər -

Xəbər verdiyimiz kimi, məşhur meyxanaçı Rəşad Dağlı İskəndər Mehtiyev adlı şəxsi bıçaqla çoxsaylı xəsarətlər yetirərək qətlə yetirib.

Bəs, Rəşad Dağlının cinayəti sübuta yetirilərsə, onu nə qədər cəza gözləyir.

Pravda.az xəbər verir ki, tanınmış meyxanaçının cinayəti sübuta yetirilərəsə, o, doqquz ildən on dörd ilədək müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunacaq.

Hazırda onun istintaqı aparılır. Noyabrın 10-da Rəşad Dağlının Qaradağ Rayon Məhkəməsinə çıxarılması və barəsində həbs qətimkan tədbirinin seçilməsi gözlənilir.

Qeyd: Noyabrın 09-u saat 05 radələrində 1979-cu il təvəllüdlü İskəndər Mehtiyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla zərərçəkmişin tanışı, 1984-cü il təvəllüdlü Rəşad Əmirovun (Rəşad Dağlı) şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək İskəndər Mehtiyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Rəşad Əmirov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. İş üzrə istintaq davam edir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
628 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...