MM-də dinləmədə “Qazilər haqqında” qanunun qəbulu təklif olunub

MM-də dinləmədə “Qazilər haqqında” qanunun qəbulu təklif olunub

“Qazilər haqqında” qanunun qəbuluna ehtiyac var”.

APA-nın xəbərinə görə, bunu bu gün Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin “Parlament – QHT əməkdaşlığının gücləndirilməsi” mövzusunda təşkil etdiyi ictimai dinləmədə Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu deyib.

O bildirib ki, bu gün bədənində qəlpə olan qazilərə əlillik verilmir: “Qanunda bunu dəyişmək lazımdır. Qanunları qəbul edəndə qazi məsələsinə xüsusi diqqət etmək lazımdır. İsraildə əsgərliyə gedən oğlanları və qızları 3 il pulsuz oxudurlar. İsraildə yaralanan əsgərlərə isə ömrünün axırına kimi pensiya verirlər. Bu təcrübələr öyrənilməlidir. Qazilər bizim üçün şərəfdir. Qanun qəbul edəndə onları nəzərə almaq lazımdır”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
592 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...