Somalidə silahlılar otelə hücum ediblər

Somalidə silahlılar otelə hücum ediblər
Əş-Şəbab" terror qruplaşmasının silahlılarının Somalinin Kismayo şəhərində otelə hücumu nəticəsində azı 3 nəfər ölüb, 8 nəfər yaralanıb.

Trend-in məlumatına görə, bu barədə "Agence France-Presse" agentliyi yerli polisə istinadən bildirib.

"Terrorçular “Təvakal” otelinə hücum ediblər, binanın içərisində təhlükəsizlik xidmətinin əməkdaşları ilə silahlılar arasında döyüş davam edir", - deyə polis zabiti Abdullahi İsmayıl bildirib.

Somalinin "Garowe Jubaland" xəbər portalı Cubalend ştatının polis rəisi Mohamed Nasi Quledə istinadən məlumat verib ki, otelin içərisində üç silahlı terrorçu var.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
422 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...