“Eldar Mahmudovdan sənin canını qurtaranda belə danışmırdın…”
“Baku Steel Company” MMC – poladəritmə zavodunun Müşahidə Şurasının sabiq sədri, 2021-ci ilin yanvarından həbsdə olan Rasim Məmmədovun dostu və iş ortağı olmuş Yusif Hənifəzadə məhkəmədə onun əleyhinə ifadə verib. O, Bakı Ağır Cinayətlər Məhkəməsində Rasim Məmmədovun işi üzrə şahid qismində dindirilib.
Bizimyol.info xəbər verir ki, Rasim Məmmədovun isveçrəli vəkilləri də var. Məhkəmədə vəsatət qaldırılıb ki, əcnəbilərin də vəkil kimi müdafiə prosesində iştirakına, onların Rasim Məmmədovla konfidensial qaydada görüşüb, məsləhətləşmələr aparmasına şərait yaradılsın:
“Beynəlxalq konvensiyaların tələblərinə uyğun olaraq, Rasim Məmmədovun xaricdən gələn vəkilləri bu prosesə müdafiəçi qismində buraxılsın. Onların Rasim Məmmədovla konfidensial görüşməsinə imkan yaradılsın. Biz bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığına, Ədliyyə Nazirliyinə, Prezident Administrasiyasına, Vəkillər Kollegiyasına və başqa qurumlara müraciət etmişik. Bəzilərindən cavab gəlib, bəzilərindən yox. Xahiş edirik, bu məsələ beynəlxalq çərçivədə həllini tapana qədər məhkəmə prosesi təxirə salınsın”.
Məhkəmə vəsatəti təmin etməyib. Məhkəmə prosesinə sədrlik edən hakim Leyla Əsgərova-Məmmədova bildirib ki, Azərbaycanda məhkəmədə yalnız bu ölkədə vəkillik fəaliyyəti həyata keçirmək səlahiyyəti olan şəxslər müdafiəçi qismində iştirak edə bilər. Bunun üçün Azərbaycanda vəkillik fəaliyyəti həyata keçirməyə səlahiyyət verən sənəd (order) məhkəməyə təqdim olunmalıdır.
Azərbaycan qanunlarına görə, ölkədə yalnız Vəkillər Kollegiyasının üzvü olan şəxslər vəkil kimi fəaliyyət göstərə bilər.
Vəkillər Rasim Məmmədovun məhkəmə zalındakı şüşə kabinədən çıxarılıb, müdafiəçilərinin yanında əyləşməsinə icazə verilməsi barədə də vəsatət qaldırıblar. Onlar xatırladıb ki, Avropa Məhkəməsinin “Cəfərli Azərbaycana qarşı” qərarını yada salıblar. Həmin qərarda Avropa Məhkəməsi iqtisadçı Natiq Cəfərlinin məhkəmədə dəmir qəfəsdə saxlanmasını təqsirsizlik prezumpsiyası hüququnun pozuntusu kimi qiymətləndirib.
Bu vəsatət də təmin edilməyib.
Daha sonra məhkəmədə şahid qismində Rasim Məmmədovun dostu və şəriki olmuş Yusif Hənifəzadə dindirilib. O, keçmiş dostunu ittiham edib. Deyib ki, Rasim Məmmədovun “Baku Steel Company”ni alması, zavodun ona məxsus olması, əldə olunan gəlirlərdən “yuxarı” göndərilməsi barədə dedikləri həqiqətə uyğun deyil.
Onun sözlərinə görə, təsisçisi Paolo Pərviz olan “Baku Steel Company”nin 50 faizini sonradan “Politon” MMC, qalan 50 faizini isə hərəyə 25 faiz olmaqla, iki yəhudi iş adamı almışdı: “Şirkətin baş direktoru Davidlə yaxşı münasibətlərimiz vardı. Vaxtilə “Bakcell”də birlikdə işləmişdik. Mən “bakcell”də satış müdiri idim. Bir gün gəlib dedi ki, məni “Baku steel Company”ə baş direktor təyin edirlər. Özüylə “Bakcell”dən təcrübəsi olan, etibarlı adamları apardı. Rasim Məmmədov günlərin birində mənə dedi ki, yəhudilər “Baku Steel Company”dəki paylarını satışa çıxarır. Məndən xahiş etdi ki, Davidlə danışım, paylarını bizə satmaq üçün onları yola gətirsin. Mən də Davidlə danışdım”.
Yusif Hənifəzadə bildirib ki, əvvəl 25, daha sonra qalan 25 faizini də olmaqla, əcnəbi iş adamlarından paylarını alıblar. O, iddia edir ki, ilk 25 faizlik hissəni alanda lazım olan 15 milyon dolları özü qoyub. Həmin pulun bir hissəsini bankdan kredit götürüb: “Sonra necə oldusa, Rasim Məmmədov zavodun Müşahidə Şurasının sədri oldu. 2011-ci ildə dedi ki, “Araz” kinoteatrını satırlar, şərik alaq. Demişdi ki, mənim adıma olacaq. 3.5 milyon pul verdim. 3 ay sonra gördüm ki, atasının adına alıb. Pul Rasimi çox dəyişdi. Sonralar telefonlarıma cavab verməməyə başladı. Çox bədxərclik edirdi. Zavodun pullarıyla özünə xaricdə zavodlar almağa başladı, şirkətlər yaratdı. Aktauda zavod tikirdi. Buna görə zavodun maliyyəsində çətinliklər yarandı. İşçilərin maaşını, işıqpulunu verə bilmirdi. Kassada 39-40 milyon borc yaranmışdı. O, “Baku Steel Company”dən “yuxarılar” adıyla gedən pulları özünə götürüb. 2020-ci ildə bir dəfə bu adla 350 min götürdü mənim yanımda. Çıxandan sonra onu güddüm, gördüm ki, öz evinə gedir. Onda başa düşdüm ki, “yuxarı” deyəndə elə öz evini nəzərdə tuturmuş. O, axırıncı mərtəbədə yaşayır”.
Yusif Hənifəzadə isə bildirib ki, Rasim Məmmədovun distribütor kimi yaratdığı şirkətlər əslində, pul yumaq üçün idi: “O şirkətlər hamısı pulyuma vasitəsi idi. O şirkətlərə “Baku Steel”in armaturlarını ucuz verirdi, onlar da üstünə marja qoyub satırdı. Bir şirkətin dövriyyəsi şişəndə başqasını yaradırdı”.
Rasim Məmmədov isə bildirib ki, keçmiş dostu ona verilən göstərişə uyğun şəkildə yalan danışır. Onun sözlərinə görə, səbəb isə Dövlət Təhlükəsizliyi Xidmətində və Daxili İşlər Nazirliyində Yusif Hənifəzadə haqqında araşdırma aparılmasıdır: “Ona nə göstəriş verilirsə, o cür danışır. Çünki qorxur. Özü də yaxşı bilir ki, haqq-hesablar necə olub, kimə nə qədər gedib. Yalan danışır burada. Amma Eldar Mahmudovdan sənin canını qurtaranda belə danışmırdın. İndi yalanla üzümə durursan. Çünki indi sən öz sözünü demirsən, sənə öyrədiləni deyirsən. Sənin Mübarizin (“Baku Steel Company”də maliyyə direktoru olub, ondan əvvəl isə “Bakcell”də Hənifəzadənin yanında işləyib) istintaqa flaşkart təqdim edib, orada hamısı var ki, nə qədər pul hara və kimə gedib. Xahiş edirəm, o flaşkartdakı məlumatlar burada səslənsin, ortaya çıxsın. Oradan da görünür ki, bu illər ərzində “Baku Steel Company”nin gəlirlərindən mənə cəmi 15 milyon çatıb. İndi Elçin Muradovun (işadamı) böyründəsən, Allah eləməsin, o da gəlib bura düşsə, gəlib onun da üzünə durarsan…”
“Baku Steel Company”dən 185 milyonluq yeyintidə ittiham olunan Rasim Məmmədovun məhkəməsi oktyabrın 21-də davam edəcək.
626 dəfə oxundu