Ağcabədi polisi əməliyyat keçirdi: Narkotacir və oğru tutuldular
Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində qanunsuz olaraq narkotik tərkibli bitkilərin kultivasiyasında və oğurluq əməlləri törətməkdə şübhəli bilinən iki nəfər saxlanılaraq məsuliyyətə cəlb edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan GUNDEMİNFO.AZ-a verilən məlumata görə, polis əməkdaşların tərəfindən keçirilən tədbirlərlə narkotik tərkibli bitkilərin qanunsuz olaraq kultivasiyasında şübhəli bilinən rayon sakini Çingiz Əliyev saxlanılıb. Həmin şəxsin yaşadığı ünvana baxış keçirilən zaman aqrotexniki qulluqla yetişdirilmiş 11 ədəd çətənə bitkisi və çəkisi 7 kiloqram 555 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Bundan başqa keçirilmiş tədbirlər nəticəsində rayon ərazisində fərdi yaşayış evlərinin birindən oğurluq etməkdə şübhəli bilinən rayon sakini Qalib Musayev də saxlanılıb. Onun evdən qızıl-zinət əşyaları, avtomobil ehtiyat hissələri və elektrik naqilləri oğurlayaraq zərərçəkmiş şəxsə 8600 manatdan artıq ziyan vurduğu müəyyən edilib.
Hər iki faktla bağlı Ağcabədi RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.
559 dəfə oxundu