Bakıda dəhşətli qəzada ölən şəxsin arvadı intihar etdi
Bakıda intihar hadisəsi olub.
Gundeminfo.az Lent.az-a istinadən xəbər verir ki, Kürdəxanı qəsəbəsində 34 yaşlı Umudova Nahidə Sadiq qızı özünü asaraq həyatına son qoyub.
Bildirilib ki, Nahidə Umudova bir neçə gün əvvəl paytaxtın Sabunçu rayonunda 3 avtomobilin toqquşması nəticəsində ölən “Mitsubishi Pajero” markalı avtomobilin sürücüsü Fəxri Umudovun həyat yoldaşıdır. Nahidənin ərinin ölümünə dözə bilməyərək özünü asdığı qeyd edilib.
Qeyd edək ki, oktyabrın 10-da axşam saatlarında Kürdəxanı şosesi, Əjdər Məlikov küçəsində yerləşən “Nail Market”in qarşısında 23 yaşlı İlkanə Əhmədova idarə etdiyi “Chevrolet Malibu” markalı avtomobili yolun sağında dayanmış vəziyyətdə olan “Audi” və “Mitsubishi” markalı avtomobillərə çırpıb.
Nəticədə avtomobilin yanında dayanmış “Mitsubishi”nin sürücüsü, 1984-cü il təvəllüdlü Umudov Fəxri Məzahir oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb. 38 yaşlı F.Umudov müxtəlif şirkətlərdə çalışıb. O, son olaraq istixana kompleksində mühəndis kimi fəaliyyət göstərirmiş.
***
Oxu.az-ın məlumatına görə, 34 yaşlı Umudova Nahidə Sadiq qızı səhər saat 04:00 radələrində özünü yaşadığı evin həyətindəki qaz borusundan asıb. Onun meyitini bacısı və qonşusu aşkar ediblər.
N.Umudova intihardan əvvəl mərhum ərinin telefonuna “Mən sənsiz qala bilmərəm” sözlərini yazıb və intihar edib.
Cütlük 12 il evli olublar. 10 il uşaqları olmayıb. Daha sonra bir qızları olub və hazırda 2 yaşı var.
730 dəfə oxundu