Bakıda gənclər küçədə narkotik qəbul etdilər - AÇIQLAMA + FOTO/VİDEO
Bakı şəhərində bir qrup şəxs narkotik istifadə edib. Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Bakı şəhərində bir qrup şəxs narkotik istifadə edib. Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Görüntülərin Nizami rayon ərazisində qeydə alındığı bildirilib.
Məsələ barədə Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, ölkəboyu narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı polis əməkdaşları tərəfindən qətiyyətli mübarizə aparılır:
“Bu mübarizə tədbirləri paytaxtın Nizami rayonundan da yan keçmir. Görüntülərlə bağlı qeyd etmək istərdik ki, həmin ünvanda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan üç və onlara narkotik vasitələri satan daha bir nəfər artıq polislər tərəfindən saxlanılaraq istintaqa təqdim ediliblər”.
“Bir faktı qeyd edim, həmin şəxslər görüntülər sosial şəbəkələrdə yayılandan sonra yox, polisin narkotik vasitələrə qarşı apardığı genişmiqyaslı əməliyyatlar çərçivəsində bir-neçə gün bundan əvvəl tutulublar. Bir daha vətəndaşları narkotiklərlə mübarizədə polis əməkdaşlarının apardığı mübarizəyə dəstək verməyə çağırırıq”, - deyə DİN rəsmisi qeyd edib.
DİN-dən qeyd edilib ki, sosial şəbəkələrdə yayılan görüntülərlə bağlı Nizami RPİ-nin 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə 1985-ci il təvəllüdlü Siyavuş Bayramovdan 2,648 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. Onun barəsində Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə cinayət işi açılıb.
Digər şəxslər - 1981-ci il təvəllüdlü Rəsul Quliyev, 1983-cü il təvəllüdlü Elxan Məmmədov, 1976-ci il təvəllüdlü Rövşən Məmmədov barəsində İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə toplanmış materiallar aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.
788 dəfə oxundu