Rasim Quliyev Ali Məhkəməyə müraciət edib

Rasim Quliyev Ali Məhkəməyə müraciət edib
Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) sabiq Aparat rəhbəri Rasim Quliyev barəsində olan hökmdən kassasiya şikayəti verib.

Bu barədə "Report"a onun vəkili Rəsul Yusifbəyli bildirib.

Onun sözlərinə görə, kassasiya şikayəti Ali Məhkəməyə təqdim edilib: "Müvəkilimin barəsində bəraət hökmünün çıxarılmasını istəyirik".

Qeyd edək ki, R.Quliyevin barəsində Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 314-2.3-cü (qanunla müəyyən olunmuş qaydaları pozmaqla tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham irəli sürülüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 3 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apelyasiya Məhkəməsinin qərarına əsasən, R.Quliyevin cəzası dəyişdirilərək 2 il müddətinə şərti hesab olunub və o, azadlığa buraxılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
548 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...