Saatlı İcra Hakimiyyətinin əməkdaşı iş otağında ölü tapıldı

Saatlı İcra Hakimiyyətinin əməkdaşı iş otağında ölü tapıldı
Saatlı rayon İcra Hakimiyyətinin əməkdaşı iş otağında ölmüş halda aşkar edilib.

Gundeminfo.az APA-ya istinadla xəbər verir ki, Saatlı İcra Hakimiyyətində ictimai-siyasi və hümanitar məsələlər şöbəsinin baş məsləhətçisi işləyən rayonun Telmankənd kənd sakini Əhəd Cavanəli oğlu Behbudovun İH-də iş otağında meyiti tapılıb.

Onun sentyabrın 16-dan telefon zənglərinə cavab vermədiyi bildirilir.

Ölümün səbəbi araşdırılır. Faktla bağlı Saatlı prokurorluğunda araşdırma başlayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
575 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...