Bakıda qadın intihar məqsədilə qayçı uddu

Bakıda qadın intihar məqsədilə qayçı uddu
Bakı şəhərində vətəndaşı olan qadın yad cisim (qayçı) udub. Oxu.Az-ın məlumatına görə, o, bunu intihar məqsədi ilə edib.

Vətəndaş Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki Nərimanov Tibb Mərkəzində əməliyyat olunub.

Tibb Mərkəzindən saytımıza bildirilib ki, o, təcili tibbi yardım avtomobili ilə başqa tibb müəssisəsindən mərkəzə yerləşdirilib:

“Tibb müəssisəsində xəstəni ilk olaraq cərrah Emin Quliyev və torokal cərrah Fəyyaz Məmmədov müayinə edib. Kompüter tomoqrafiya (KT) və rentgenoloji müayinələr nəticəsində qida borusunun praksimalında yad cisim (qayçı) aşkarlanıb və xəstə təcili olaraq əməliyyata götürülüb.

Cərrah Emin Quliyevin icra etdiyi əməliyyatda larinqaskopun köməkliyi ilə ağız boşluğu açılıb və yad cisim ağız boşluğundan xaric olunub. Daha sonra divar aralığında mediastinit təhlükəsi və emfizema aşkarlandığı üçün divar aralığına drenaj qoyularaq əməliyyat yekunlaşıb.

Xəstə bir gün Reanimasiya şöbəsində həkim nəzarəti altında qalıb. Daha sonra palataya köçürülüb. Hazırda müvafiq müalicələrə davam edilir. Xəstənin vəziyyəti isə orta ağır qiymətləndirilir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
596 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...