İki yaşlı uşağı oğurlayan qadın özünü təqsirli bilmir
Bakının Sabunçu rayonunda 2 yaşlı uşağı oğurlamaqda ittiham olunan Gültəkin Muradovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən iclasda ittiham aktı elan olunub.
İttihamda göstərilib ki, təqsirləndirilən Gültəkin Muradova qeyri-rəsmi nikahda olduğu şəxslə birgə Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yaşayıb. O, övlad sahibi olmadığına görə kiminsə uşağını götürüb saxlamaq istəyib. Bu məqsədlə qəsəbədə yerləşən yaşayış massivlərini gəzib, oğurlamaq üçün uşaq axtardığı vaxt özünü aztəminatlı ailələrə yardım edən şəxs kimi göstərib.
Təqsirləndirilən şəxs 2 yaşlı Məhəmməd Şıxəliyevin yaşadığı evdə də özünü yardımsevər şəxs kimi təqdim edib, ailəyə yardım edəcəyini deyib.
İttihamda qeyd olunub ki, hadisə baş verən gün Gültəkin Muradova yenidən həmin evə gedib və uşağın anasının, eləcə də onun qeyri-rəsmi nikahda yaşadığı şəxsin evdə olmadığını görüb. Həmin vaxt azyaşlı Məhəmməd Şıxaliyev bacısı Firuzənin yanında olub.
İttiham olunan şəxs uşağı aparan zaman azyaşlının bacısı ona etiraz edib. O, Məhəmmədə şirniyyat alıb geri gətirəcəyini deyib.
Təqsirləndirilən şəxs bir neçə gün sonra saxlanılıb, azyaşlı aidiyyəti üzrə təhvil verilib.
Gültəkin Muradova barəsində Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə ittiham elan edilib.
Məhkəmədə ittiham aktına münasibət bildirən 53 yaşlı Gültəkin Muradova özünü təqsirli bilməyib. O, ittihamda yazılanların doğru olmadığını, növbəti iclasda geniş ifadə verəcəyini deyib.
Proses sentyabrın 15-i davam etdiriləcək.
673 dəfə oxundu