Hərbçilərə işgəncə verənlərin həbs müddəti uzadıldı - "Tərtər işi"
"Tərtər işi" ilə bağlı həbs edilən 6 nəfər - Niftəliyev Rəşid Ağaşərif oğlu, Mikayılov Ruslan Məhəmmədəli oğlu, Maşıyev Sənan Səxavət oğlu, Qəhrəmanov Cabir Babaxan oğlu, Əliyev Elçin Kalam oğlu və Məmmədov İntiqam Şərif oğlu barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.
Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, bununla bağlı istintaq orqanının vəsatətlərinə baxılıb.
Bakı Hərbi Məhkəməsində ayrı-ayrılıqda baxılan vəsatətlər təmin edilib və 6 nəfərin hər birinin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti daha 3 ay uzadılıb.
Qeyd edək ki, “Tərtər işi” ilə bağlı yenilənən cinayət işinin istintaqı zamanı ayrı-ayrı hərbi qulluqçulara işgəncə verilməsi, onları qanunsuz azadlıqdan məhrum etməsi və vəzifə səlahiyyətlərini aşmasına əsaslı şübhələr müəyyən edilən Niftəliyev Rəşid Ağaşərif oğlu, Mikayılov Ruslan Məhəmmədəli oğlu, Maşıyev Sənan Səxavət oğlu, Qəhrəmanov Cabir Babaxan oğlu, Əliyev Elçin Kalam oğlu və Məmmədov İntiqam Şərif oğlu Cinayət Məcəlləsinin 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.2 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma), 341.2.3 və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində həbs qətimkan tədbiri seçilib.
Bu işlə bağlı təqsirləndirilən Əzizov Polad Seyfəddin oğlu istintaqdan gizləndiyi üçün barəsində axtarış elan edilib.
645 dəfə oxundu