“Əmisi oğludur, ətini yesə də, sümüyünü atmaz” - Polis qaçırılan 14 yaşlı qızla bağlı
“Azərbaycanda qanun varmı-yoxmu, bilmirəm. Aylardır ki, qaçırılan 14 yaşlı qızımı geri ala bilmirəm. Körpə uşağımın qaçırılması oğurluq sayıldığı halda, buna hələ də göz yumurlar. Oğlan azadlıqda gəzir. Heç kimin ixtiyarı yoxdur ki, uşağımın həyatını məhv etsin”.
Yeniavaz.com xəbər verir ki, bunu Meydan TV-yə Şərurun Çamaxtur kənd sakini Səriyyə Hüseynova deyib.
O bildirib ki, 2007-ci il təvəllüdlü qızı Aysel Hüseynova 2022-ci il fevralın 27-də əmisi oğlu, 28 yaşlı Yamil Hüseynov tərəfindən qaçırılıb:
“Həmin vaxt mən Türkiyədə idim. Uşağın atası qızı geri qaytarıb. Üzərindən bir neçə gün keçəndən sonra martın 5-də qızı təkrar qaçırıblar. Mən hadisədən ikinci dəfə qaçırılanda xəbər tutdum. Elə həmin gün Naxçıvana qayıtdım. Naxçıvandakı polis şöbəsinə, Daxili İşlər Nazirliyinə, Milli Məclisə, yerli İcra Hakimiyyətinə, bir sözlə, hara lazımdırsa, hamısına müraciət etdim. Lakin uşağımı geri qaytarmadılar”.
Ana deyir ki, qızını ona qaytarmaq əvəzinə, Naxçıvandan Bakıya qaçırıblar. Təzyiqlərə məruz qalan qız isə qorxusundan anası ilə danışmır:
“Mayın 15-də qızı Bakıya gətiriblər. Mən Naxçıvandaydım, xəbər gəldi ki, Ayselin ayağı sınıb. Bakıya gəldim, 12-ci Polis Şöbəsinin əməkdaşları uşağımı tapıb, mənə verdilər. Mən də aidiyyəti üzrə müraciət etdim ki, oğlanı həbs etsinlər. Çünki qızımı apardığı gündən, yəni ilk dəfə qaçıranda uşağım cinsi təcavüzə məruz qalıb. Bu adama iş düşdüyü halda əməllərini ört-basdır etdilər. Kimin əli ilə olduğunu bilmirəm. Oğlan hazırda rahat, sərbəst gəzir. Naxçıvanda rəsmi qurumlara müraciət edirəm, deyirlər ki, sevib, gedib. Bəlkə, yaxşı olacaq?! Necə yəni sevib gedib? 14 yaşında uşağın ər vaxtıdır? Qızım qaçırılandan üç ay sonra on beş yaşı tamam oldu”.
Yamil Hüseynovun anası: “Qız özü oğluma deyib ki, məni qaçır”
“Ana Türkiyədə idi, uşağı Naxçıvana göndərdi. Qız özü oğluma deyib ki, məni qaçır. Oğlum da bundan sonra qaçırıb. Qız qaçandan sonra bundan xəbər tutmuşuq. Oğlumla qız hazırda Bakıda yaşayırlar. Mən bu gün də razıyam, gedib, uşağını götürsün. Qız özü geri qayıtmaq istəmir. Qızın hazırda Şərur Polis Şöbəsində ərizəsi var, anasından imtina edib. Bu işə hər yerdə baxılıb, qızın özünün razılığı var. Qızı iki-üç günün içində istəmişəm. Elə elçilik olur? Qız deyir ki, özüm qaçmışam, məni heç kim zorla qaçırmayıb”- Yamil Hüseynovun anası Ləman Hüseynova deyib.
Şərur Rayon Polis Şöbəsi: “Qız bir-iki dəfə deyil, bir neçə dəfə qaçıb”
Şərur Rayon Polis Şöbəsindən bildirilib ki, şikayətçi Səriyyə Hüseynovanın müraciətinə dəfələrlə baxılıb. Hətta Aysel Hüseynova geri qaytarılaraq, valideynlərinə təhvil verilsə də, yenidən qaçıb:
“Qız bir-iki dəfə deyil, bir neçə dəfə qaçıb. Azyaşlı olmasına baxmayaraq, hər dəfə də ailəsinə geri qaytarmışıq. Qız deyir ki, məni əmim oğluna verməsəniz, özümü öldürəcəyəm. Bu gün ailəyə təhvil verilir. Uşaq səhəri gün yenə qaçır. Anası uşağı burada qoyub, Türkiyədə qalır. Uşağa sahib çıxmırlar. Əslində, belə olması daha yaxşıdır. Əmisi oğlunun yanında oturub, ətini yesə də, sümüyünü çölə atmayacaq”.
Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə deyib ki, erkən nikahların qarşısının alınması üçün aidiyyəti qurumlar işlərinə daha ciddi və məsuliyyətlə yanaşmalıdırlar:
“Daxili İşlər Nazirliyi, icra hakimiyyətləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Sosial Xidmətlər Agentliyi bu işdə birgə çalışmalıdırlar. Qız qaçıran bir nəfər qanun çərçivəsində cəzalandırılsa, digərləri də bundan nəticə çıxaracaq”.
Son dövrlərdə bölgələrdə qız qaçırma hallarının artığını deyən K.Ağazadə Sabirabadın Qəzli kəndində bir ayında on dörd nikah və nişanın qarşısını aldıqlarını bildirib:
“Son bir həftə ərzində sığınacağımıza üç qız yerləşdirilib. Onların ikisi erkən yaşda nişanlanıblar. Bununla bağlı ciddi ölçü götürülməlidir. Bir uşaq qaçır və deyir ki, mən ailəmə dönmək istəmirəm. Dönmə, amma həmin evdə də qalmamalısan. Bunu qaçan uşağa izah edən varmı? Uşağın şəxsiyyət vəsiqəsinin alınmasında məsuliyyət daşıyan valideyn olduğunu deyirik. Amma uşağın evə dönüşünün qərarını uşağın öhdəsinə buraxırıq. Bu qanun harada yazılıb? Düşünürəm ki, bu işdə hər bir qurum öz işini sonadək görməlidir”.
Azərbaycan qanunvericiliyinə görə, qız qaçırma adam oğurluğu hesab edilir.
Cinayət Məcəlləsinin 144-cü maddəsinin 1-ci bəndinə əsasən, evlənmək məqsədilə qız qaçıran şəxsləri 5 ildən 12 ilə qədər həbs cəzası gözləyir.
144.2-ci maddə isə əgər olay tamah məqsədilə törədilibsə, 8 ildən 12 ilədək cəza nəzərdə tutur.
144.3-cü maddəyə görə, olay zərərçəkənin ölümü ilə nəticələndiyi halda, əməli törədən şəxs 10 ildən 15 ilə qədər müddətə azadlıqdan məhrum olunur
610 dəfə oxundu