Arazda boğulan dayı bacıoğlu ilə bağlı araşdırmalar aparılır

Arazda boğulan dayı bacıoğlu ilə bağlı araşdırmalar aparılır
Avqustun 19-u, saat 19 radələrində Saatlı rayonu Qıraqlı kənd sakinləri – 1979-cu il təvəllüdlü Sübhan və qardaşı oğlu 1992-ci il təvəllüdlü Əkrəm Astanovun suda boğularaq ölmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.

Saatlı rayon prokurorluğundan APA-ya verilən xəbərə görə, araşdırmalarla müəyyən edilib ki, birlikdə Araz çayının rayonun Musalı kəndindən keçən hissəsində balıq ovu edən zaman Sübhan və Əkrəm sonuncunun suya düşən azyaşlı iki uşağını xilas edərkən özləri suda boğularaq ölüb.

Azyaşlılar yaxınlıqda balıq ovlayan şəxslər tərəfindən suda boğulmaqdan xilas edilərək xəstəxanaya yerləşdirilib, hazırda səhhətləri qənaətbəxşdir.

Faktla bağlı Saatlı rayon prokurorluğunda araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
654 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...