Bakıda sabiq Baş nazirin qardaşı oğlu, nazirin isə oğlu həbs edildi
Bakı Apellyasiya Məhkəməsində bir müddət əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə şərti cəza və bəraət alan Baş Gömrük İdarəsinin sabiq əməkdaşları barəsində verilmiş protestə baxılıb.
Gundeminfo.az Trend.az-a istinadən xəbər verir ki, hakim Ramin Qaraqurbanlının sədrliyi ilə yenidən araşdırılan işlə bağlı birinci instansiya məhkəməsinin hökmü dəyişdirilib. Qərara əsasən, şərti cəza verilmiş Rafael Əzizov, Emin Xəlilov, Azər Baxşıyev 3 il, Ceyhun Şabanov isə 2 il müddətinə azadlıqdan məhrum olunaraq məhkəmə zalında həbs olunublar.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə bəraət almış Orxan Zöhrabov və Mirağa Ağayevə şərti cəza verilib. İş üzrə təqsirləndirilən Sadiq İsgəndərov isə 2 il azadlıqdan məhrum edilib.
Həbsdə olan Elmar Mirzəyevin cəzası isə 3 ay artırılaraq 5 il 3 aya qaldırılıb.
Xatırladaq ki, təqsirləndirilən şəxslər Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi əməkdaşları keçirilən əməliyyatla saxlanılıblar. Onların hər biri barəsində Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə cinayət işi başlanılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə araşdırılan işlə bağlı Ceyhun Şabanova 5 il həbs cəzası, Mirağa Ağayevə bəraət, digərlərinə isə şərti cəza verilmişdi.
Manset.az 2 il həbs cəzası verilən Sadiq İsgəndərovun Naxçıvan MR keçmiş maliyyə naziri Xalid İsgəndərovun oğlu, 3 il həbs cəzası verilən Azər Baxşıyevin isə Naxçıvan MR keçmiş Baş naziri Əlövsət Baxşıyevin qardaşı oğlu olduğunu bildirib.
737 dəfə oxundu