"Br qız səfirlikdən zəng elədi ki, Ramin Hacılı hamını aldadır" - MƏHKƏMƏ
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Ramin Hacılının cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində ifadə verən Mahmud Əliyev bildirib ki, Ramin Hacılının ona borcu olub: "Qardaşımla birlikdə Kanadaya getmək istəyirdik. Orada işləməyə gedəcəkdik. Dedi ki, Kanadaya getmək üçün bir neçə Avropa ölkəsinə getməlisiz. Bizim ikimizdən 8 min dollar pul istədi. Əvvəldən 3 min dollar verdik. Lakin işi görmədi, dedi bu işlərin görülməsi üçün vaxt lazımdır. Daha sonra 2 min dollar da pul verdik ki, işimizi qabağa salsın. Razılaşdı, bizim işimizi tez həll edəcəkdi. Daha sonra Ramin Hacılıya 11 min 250 manat pul vermişik. Biz onunla görüşəndə özü etiraf etdi ki, kimsə onu aldadıb. Borcları çoxdur. Biz ona dedik ki, pul verək həm işimizi həll elə, həm də borclarını qaytar, o da razılaşdı.11 min 250 manat pulu verəndən bir həftə sonra bizə şengen vizası verdilər. Üstündən 10 gün keçəndən sonra bir qız səfirlikdən zəng elədi ki, Ramin Hacılı hamını aldadır. Lakin biz həmin vizayla Macarıstana və İspaniyaya getdik. Oradan gələndən sonra dedilər ki, Ramini tutublar. Bir müddət sonra o, çölə çıxdı. Biz yenidən onunla görüşdük. Ramin də orada dedi ki, 19 min manat bizə borcu var. Ya pulu verəcək, ya işimizi düzəldəcək. Hazırda bizim pulumuzdan bir qəpik də qayıtmayıb".
Şahidinin istintaqa verdiyi ifadə ilə məhkəmədə verdiyi ifadə ziddiyyət təşkil edib.
Belə ki, şahidin istintaqda söylədiyinə görə, pulun borc hissəsi 17 min manatdır.
Şahid rəqəmləri qarışdırdığını bildirib və məbləğin 19 min manat olduğunu deyib.
Ramin Hacılı şahid və qardaşına borcu olduğunu,l akin məbləğin tam dəqiq olmadığını bildirib.
Digər şahid Natiq Əliyev oğlu Emin Əliyevin hüquqi nümayəndəsi kimi ifadə verib. O bildirib ki, oğlu hazırda İsveçdə yaşıyır: "Ramin Hacılını tanımıram. Amma oğlum o vaxt bu adamla iş görüb, lakin məsələnin təfərrüatlarından xəbərim yoxdur".
Proses iyulun 20-də davam edəcək.
İttihama görə, “No Border Travel Agency” MMC-nin rəhbəri Ramin Hacılı, “Gəncliyin Elmi-Mədəni İnkişafı” ictimai birliyinin sədri Sərdar İsgəndərov, “Yes Travel” MMC-nin vəzifəli şəxsləri Sərxan Abdullayev, Üzeyir Bağırlı, “HMH Baku Travel” MMC-nin rəhbəri Nərminə Dadaşova, Zakir Əmirov, Əziz Səfərəliyev, Akif Əsədov külli miqdarda qazanc əldə etmək məqsədi ilə ABŞ, Kanada və Avropa ölkələrinə səfər etmələri üçün Azərbaycan Respublikasının vətəndaşlarına viza alınması və səfər etdikləri ölkələrdə mühacir statusu alaraq yaşaya bilmələri üçün iş yerindən arayış, bank hesabından çıxarış, daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnu təsdiq edən sənədlər, hüquq mühafizə orqanlarına çağırış məktubu, guya xəsarət almalarına dair tibbi arayış və digər hüquq verən rəsmi sənədləri saxtalaşdırıb satmaqla, onlara müraciət etmiş şəxslərin qanunsuz miqrasiyalarını təşkil ediblər.
Qeyd edilənlərlə bağlı əvvəllər eyni xarakterli əməllərə görə dəfələrlə məhkum olunmuş Ramin Hacılı, eləcə də yuxarıda adları çəkilən digər şəxslər Cinayət Məcəlləsinin 178.3.1-ci (mütəşəkkil dəstə tərkibində dələduzluq) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, barələrində müvafiq olaraq həbs və başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirləri seçilib. //trend//
717 dəfə oxundu