Aynurənin vəhşicəsinə öldürülməsinə tamaşa edənlər... - Video

Aynurənin vəhşicəsinə öldürülməsinə tamaşa edənlər... -
İyunun 23-də Gəncədə 37 yaşlı kişinin küçədə 25 yaşlı həyat yoldaşını amansızlıqla öldürməsinin görüntüləri yayılıb.

“Qafqazinfo” xəbər verir ki, görüntülər şəhərin mərkəzində yerləşən Şah İsmayıl Xətai prospektində müşahidə kamerası vasitəsilə lentə alınıb.

Videodan məlum olur ki, Gəncə sakini, 1985-ci il təvəllüdlü Rauf Vəliyev Texnologiya Universitetinin yaxınlığında – küçənin kənarında həyat yoldaşı Aynurə Bayramova ilə mübahisə edir. Bu zaman o, qəfil şəkildə bıçaqla gənc qadına hücum edərək ona zərbələr endirib.

Görüntülər sosial şəbəkələrdə yayıldıqdan sonra izləyicilər təqsirləndirilən şəxslə yanaşı, hadisə vaxtı yaxınlıqda olanları da qınayıblar. Belə ki, kadrlardan görünür ki, bir neçə metr kənarda dayanmış gənclər Raufun qadını bıçaqladığını görərək oradan uzaqlaşırlar. Bəzi şəxslər isə sadəcə qətlə tamaşa edir. Həmin adamlar yalnız Rauf Vəliyev Aynurənin boğaz nahiyəsini kəsib uzaqlaşmasından sonra yaralı qadına tərəf gəlirlər.

Daha sonra xəstəxanaya çatdırılan A.Bayramova vəfat edib. Qeyd edək ki, hadisəni törədən R.Vəliyev saxlanılıb. Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.
Rauf Vəliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Aynurənin vəhşicəsinə öldürülməsinə tamaşa edənlər... -




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
938 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...