MTN generalının məhkəməsində intihara cəhd

MTN generalının məhkəməsində intihara cəhd
Həbsdə olan MTN generalı Mövlam Şıxəliyevin məhkəməsində intihara cəhd baş verib.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Hərbi Məhkəməsində keçirilən iclasın gedişi zamanı zərərçəkən Əfsəl Həsənəliyev məhkəmə zalında özünü yandırmaq istəyib.

Dərhal məhkəmə iclas zalının nəzarətçisi və polis əməkdaşları hadisəyə müdaxilə ediblər. Hadisənin qarşısı alınıb və Ə.Həsənəliyev zaldan çıxarılıb.

Onun məhkəmədə vəsatətlərinin təmin olunmamasına etiraz olaraq intihara cəhd etdiyi bildirilir.

Qeyd edək ki, Ə.Həsənəliyev Mövlam Şıxəliyevin göstərişi ilə girov götürüldüyünü, 5 ay qanunsuz həbsdə saxlanıldığını bildirir. Onun sözlərinə görə, ailəsindən 50 min dollar alıblar. Zərərçəkən məhkəmə prosesinə sabiq Baş prokuror Zakir Qaralov və onun 1-ci müavini olmuş Rüstəm Usubovun çağırılaraq dindirilməsini istəyir. O, sözügedən cinayət işi üzrə 36 zərərçəkəndən biridir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
683 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...