Azərbaycanda erkən nikaha cəhd - Polis araşdırmalara başladı

Azərbaycanda erkən nikaha cəhd -

Azərbaycanda regionlardan birində erkən nikaha cəhd qeydə alınıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyi - Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin rəhbəri Kəmalə Ağazadə sosial şəbəkə hesabında paylaşım edib.
“Yenə toy var, 15 yaşında gəlincik. Bu dəfə, deyilənə görə, keçirilməsinə “xeyir-dua”nı polis verib, düzü, inanmıram. Amma hər ehtimala qarşı Elşad Hacıyevə (Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə müdiriŞ polis mayoru - red.) məlumatları bircə-bircə göndərirəm”, - paylaşımda bildirilib.
DİN-in şöbə müdiri Elşad Hacıyev qeyd edib ki, məsələ ilə bağlı araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
849 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...