Rüşvətə görə tutulan məmurlar ev dustaqlığına buraxıldı

  Rüşvətə görə tutulan məmurlar ev dustaqlığına buraxıldı
Göyçay rayon İcra Hakimiyyəti başçısının köməkçisi Vahid İsayev və Göyçay şəhər icra nümayəndəsi Rəşad Şükürov barəsindəki həbsqətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətə baxılıb.

Gundeminfo.az APA-ya istinadla xəbər verir ki, Binəqədi Rayon Məhkəməsi vəkillərin vəsatətlərini əsaslı hesab edib.

Məhkəmənin qərarı ilə Vahid İsayev və Rəşad Şükürov barəsində həbs qətimkan tədbiri dəyişdirilərək ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunub.

Baş Prokurorluğun Mətbuat xidmətindən faktı təsdiq ediblər. Bildirilib ki, hazırda iş üzrə istintaq davam etdirilir.

Qeyd edək ki, Xatırladaq ki, Göyçayın icra başçısı Mehdi Səlimzadə bu ilin əvvəlində işdən çıxarılıb. Daha sonra Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi qanun pozuntuları ilə bağlı Göyçay Rayon İcra Hakimiyyətində yoxlamalara başlayıb. Göyçay Rayon İcra Hakimiyyəti başçısının Göyçay şəhər inzibati ərazi dairəsi (İƏD) üzrə sabiq nümayəndəsi Rəşad Şükürov Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 311.3.1 (rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 311.3.4 (rüşvət alma hədə-qorxu tətbiq olunmaqla törədildikdə) maddələri ilə ittiham olunur. Vahid İsayev də məhz həmin yoxlamalardan sonra həbs edilmişdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
605 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...