Xaçmazda məktəbli qıza qarşı seksual zorakılığa görə iki nəfər tutuldu
Daxili İşlər Nazirliyi (DİN) və Baş Prokurorluq Xaçmaz rayonunda baş verən seksual xarakterli zorakılıq hərəkətləri ilə əlaqədar məlumat yayıb.
GUNDEMİNFO.AZ həmin birgə məlumata əsasən bildirir ki, aprelin 16-da saat 14 radələrində Xaçmaz rayonunun Alekseyevka kənd orta məktəbinin sanitar qovşağında kənd sakini Nərminə Cəfərovaya (ad və soyad şərtidir) qarşı seksual xarakterli zorakılıq hərəkətləri edilib.
Faktla bağlı Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 150.2.1-ci (bir qrup şəxs tərəfindən seksual xarakterli zorakılıq hərəkətləri etmə) maddəsi ilə cinayət işi başlanıb.
Rayonun hüquq-mühafizə orqanları əməkdaşlarının operativ şəkildə həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində N.Cəfərovaya qarşı mənəviyyata və hüquqa zidd hərəkətlərin həmkəndliləri - Fərid Həsənov və Valeh Xurşudov tərəfindən törədilməsi müəyyən olunub.
Cinayəti törətməkdə şübhəli bilinən hər iki şəxs polis əməkdaşları tərəfindən tutularaq məsuliyyətə cəlb edilib. Hazırda iş üzrə istintaq davam etdirilir.
1897 dəfə oxundu