Sevgilisini kişilərlə görüşdürən "Elnur Məmmədli"nin cəzası bilindi

Sevgilisini kişilərlə görüşdürən "Elnur Məmmədli"nin cəzası bilindi


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluq və şantajda təqsirləndirilən 1989-cu il təvəllüdlü Məmmədəli Hacıyev, 1984-cü il təvəllüdlü Gülhüseyn Sadiqov və 1990-cı il təvəllüdlü Əfsanə Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Lent.az-ın məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən M.Hacıyev 10 il 6 ay, G. Sadıqov 9 il 6 ay, Ə. Hüseynova isə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, bu il Xəzər rayon Polis İdarəsi əməkdaşları əməliyyat zamanı 1990-cı il təvəllüdlü Hüseynova Əfsanə Fəxrəddin qızı, onunla qeyri-rəsmi nikah münasibətlərində olan 1989-cu il təvəllüdlü Hacıyev Məmmədəli Ədalət oğlu və Rusiya Federasiyası vətəndaşı 1984-cü il təvəllüdlü Sadıqov Gülhüseyn Sakit oğlunu saxlayıb. Araşdırma zamanı məlum olub ki, Ə.Hüseynova əvvəlcədən qurulan plana əsasən, metro stansiyalarında tanış olduğu oğlanlarla cinsi əlaqədə olmaq adı ilə onları Xəzər rayonunun Buzovna qəsəbəsi Albalılıq yaşayış massivində yaşadığı evə dəvət edib. Evə daxil olandan sonra isə qadının tanış olduğu oğlanlar M.Hacıyevin hücumuna məruz qalıb. M.Hacıyev evə gələn şəxslərə fiziki zor tətbiq edərək onların pulunu və mobil telefonlarını əllərindən alıb. İstintaq zamanı dəstə üzvlərinin bu cinayətləri Rusiya Federasiyasında məhkum olunan G.Sadıqovun qurduğu plana əsasən həyata keçirdikləri məlum olub. Saxlanılan şəxslər barəsində cinayət işi başlanılıb. Onların bu üsulla 5 nəfərə qarşı quldurluq etdikləri sübuta yetirilib.

Onu da qeyd edək ki, M.Hacıyev kikboks idman növü ilə məşğul olur. O, zərərçəkənlərə zor tətbiq edən vaxt özünü cüdo üzrə Olimpiya çempionu Elnur Məmmədli kimi təqdim edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1291 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...