Lerikdə müəllimindən hamilə qalan 15 yaşlı məktəbli ana oldu
Lerikdə müəllimindən hamilə qalan 15 yaşlı məktəbli ana olub.
Bunu "Təmiz Dünya" İctimai Birliyinin sədri Mehriban Zeynalova verib. Sədr məktəblinin oğlu olduğunu deyib:
"Məktəbli artıq anadır. Uşağın çəkisi 4 kloqramdan çox olub. Ana özünü yaxşı hiss edir. Doğuşu da əməliyyatsız həyata keçirilib”.
Qeyd edək ki, Şirvan Apelyasiya Məhkəməsi azyaşlı qızın hamilə qalmasına səbəb olan müəllimlə bağlı çıxarılmış hökmü ləğv edib.
Xatırladaq ki, Lerikdə hamilə qalan məktəbliyə görə 59 yaşlı müəllim həbs edilib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumatda deyilir ki, faktla bağlı Lerik Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 152.1-ci (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) və 153.1-ci (On altı yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər törətmə) maddələri ilə cinayət işi açılıb.
Aparılan istintaqdan sonra 15 yaşlı şagirdi hamilə buraxan müəllimə hökm oxunub. Lerik rayon Məhkəməsinin hakimi Atabəy Kiçikbəyovun sədrlik etdiyi prosesdə 15 yaşlı məktəblini hamilə buraxan 60 yaşlı Məmmədov Şəfahətə 1 il iş verilib.Qaynarinfo
607 dəfə oxundu