Tofiq Yaqublu barədə hökmdən apelyasiya şikayəti verildi

Tofiq Yaqublu barədə hökmdən apelyasiya şikayəti verildi

Müsavat Partiyasının fəalı Tofiq Yaqublu barəsindəki hökmdən apelyasiya şikayəti verilib.

Bunu “Report”a açıqlamasında vəkil Aqil Layıc deyib.

Qeyd edək ki, Nizami Rayon Məhkəməsi Tofiq Yaqublunun 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

İttihama görə, avtomobil qəzası zamanı T.Yaqublu digər maşının sürücüsünü və onun yanında olan həyat yoldaşını təhqir edib, vurub, sürücüyə vintaçanla xəsarət yetirib.

O, ittihamları qəbul etmədiyini bildirir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
709 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...